Fatimə Alkərəmova () — Azərbaycanı təmsil edən üzgüçü.
Karyerası Fatimə Alkərəmova Azərbaycanı 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə sərbəst üsul ilə üzmə turnirin təsnifat mərhələsində 58.42 saniyə nəticə göstərdi və 40-cı pillənin sahibi olub.
Fatimə Alkərəmova 2017-ci ilin mayında baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 bürünc medala sahib oldu.
Daha sonra Fatimə Alkərəmova Azərbaycanı Argentinanın Buenos-Ayres şəhərində baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında təmsil edib. 200 metr məsafəyə sərbəst üsul ilə üzmə turnirin təsnifat mərhələsində mübarizə aparan Fatimə Alkərəmova 2:08.99 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən əsasən Fatimə Alkərəmova final mərhələsinə vəsiqə qazana bilmədi.
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın üzgüçüləri Kateqoriya:Azərbaycanın olimpiya üzgüçüləri Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan idmançıları Kateqoriya:Azərbaycanın idman ustaları Kateqoriya:Bakıda doğulmuş idmançılar Kateqoriya:2025 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar