Folklend adaları funtu () — Böyük Britaniyanın dəniz ərazilərindən olan Folklend adalarının pul vahididir.
Tarixi Folklend adaları funtunun əsginaslarının buraxılışı 1899-cu ildə adanın hökuməti tərəfindən başlanmışdır. 1974-cü ildə Folklend adaları sikkələrinin buraxılışına başlamışdır. Məzənnə Folklend adaları funtu = funt sterlinq nisbətində qurulmuşdur. Həmçinin Böyük Britaniyanın sikkələri adanın ərazisində qanuni ödəmə vasitəsidir. İngiltərə Bankının əsginasları, Şotlandiya və Şimali İrlandiya bankları rəsmi qanuni ödəmə vasitəsi hesab edilmir, amma mübadilədə istifadə olunurlar.
Əvvəlcə Folklend adaları funtu funt sterlinq kimi 20 şillinq və 240 pens bərabər idi, 1971-ci ilin 14 fevralından isə 100 pensə bərabərdir.
Valyuta məzənnəsi rejimi Folklend adaları funtunun məzənnəsi 1:1 nisbətində funt sterlinqlə əlaqədardır.
İstinadlar
Xarici keçidlər Банкноты стран мира. 50 Фунтов Фолклендских островов 1990 года, с изображением королевы Елизаветы II
Kateqoriya:Cənubi Amerika valyutaları Kateqoriya:Funt Kateqoriya:Folklend adaları pulları Kateqoriya:Britaniya imperiyası pulları