Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə — Xatirə sikkəsi. Sikkə Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.

Məzmun Xatirə sikkəsi milli mətbuatın 135 illiyinə həsr olunmuşdur (1875–2010).

Xatirə sikkəsinin üz tərəfində görkəmli publisistin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının Xəritəsinin stilistik (qrafik) görünüşü təsvir edilmışdir.

Portretin ətrafında Həsən bəy Zərdabinin adı və həyat dövrü, xəritənin ətrafinda xatirə sikkəsinin buraxıldığı il "2010"-cü il, "Azərbaycan Respublikası" sözləri və xatirə sikkəsinin nominalı göstərilmişdir.

Xatirə sikkəsi Avstriyanın "Austrian Mint" sikkəxanasında yüksək standartalara uyğun hazırlanmışdır.

Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.

Nominalı 5 manat Diametri 37 mm Çəkisi 31,1 qr Əyarı 925 Keyfiyyəti Proof Buraxılış limiti 1000

İstinadlar

Kateqoriya:Sikkələr Kateqoriya:5-lik sikkələr Kateqoriya:Azərbaycan sikkələri