50 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 2 dəfə (1993 və 2005-ci illərdə) buraxılmışdır.
Tarixi 50 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdırMüstəqillik dövrü pulları . azerbaijans.com . Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdirMilli pulun tarixi (FOTOLAR) . modern.az, 15.08.2011 Manat 24 yaşa çatdı . transparency.az, 15.08.2016 . 50 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar MikayılzadədirMilli Valyutamızın ilk eskizlərinin müəllifi Publika. Az-a danışır. Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam . azadliq.org, 21.08.2012 . O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 50 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış"Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az , 2005-ci ildə yeni 50 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 50 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır.
Mövzusu Hazırda dövriyyədə olan 50 manatlıq əsginaslar 2005-ci ildə Azərbaycan Milli Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar təhsil və gələcək mövzusuna həsr olunmuşdurDövriyyədə olan əskinaslar — AZN . cbar.az .
Təsviri thumb|İlk əsginas üzərində təsvir olunmuş Qız qalasının real vəziyyəti İlk 50 manatlıq əsginasın ön tərəfinə Qız qalasının təsviri ilə yanaşı arxa fon təsvirləri də verilmişdir. Əsginasın arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üst tərəfində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuş, nominalın adı ortada sözlə verilmişdir.
Ağ kağızda, əsas rəngi sarı olmaqla 2005-ci ildə çap olunmuş əsginasların ön tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti pillələr, güc və işıq nişanəsi, günəş, elm rəmzi, kimyəvi və riyazi simvollar təsvir olunmuşdur. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir. thumb|300px|center|50 manatlıq əsginasın üzərində Elman Rüstəmovun imzası Bu əsginasların arxa fonunda isə Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycanın xalçalarının ornamentləri çap olunmuşdur.
Ölçüləri İlk 50 manatlıq əsginasın ölçüləri 125×63 mm idiDövriyyədən çıxarılmış əskinaslar — AZM . cbar.az .
2005-ci ildə dövriyyəyə buraxılmış 50 manatlıq əsginasların ölçüləri isə 148×70 mm-dir.
Mühafizə elementləri Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 50 manatlıq əsginasda su nişanı — üç alov təsvir olunmuşduAdlarını pula yazdıranlar . buro247.az . 2005-ci ildə çap olunmuş əsginasların üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehrli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.
Həmçinin bax Azərbaycan manatı 50 manatlıq sikkə
İstinadlar
Xarici keçidlər
Pul. preslib.az
Kateqoriya:Azərbaycan manatı Kateqoriya:Azərbaycan əsginasları Kateqoriya:1993-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:50-lik əsginaslar