1 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən aşağı nominal dəyərə malikdir və dövriyyəyə ən çox — 4 dəfə (1992, 1993, 2005 , 2009-cu illərdə) buraxılmış əsginasdır. 1 manat 100 qəpiyə bərabərdir.

Tarixi 1 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı dövriyyəyə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına"Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli, 48 nömrəli Fərmanı. e-qanun.az müvafiq olaraq 15 avqust 1992-ci ildə buraxılmışdır ki, həmin əsginaslardan biri 1 manatlıq əsginas idi. Bu əsginaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdirMilli pulun tarixi (FOTOLAR) . modern.az, 15.08.2011 Manat 24 yaşa çatdı . transparency.az, 15.08.2016 . 1 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar MikayılzadədirMilli Valyutamızın ilk eskizlərinin müəllifi Publika. Az-a danışır. Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam . azadliq.org, 21.08.2012 . O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir.

1993-cü ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 1 manatlıq əsginaslar dövriyyəyə buraxıldı. Amma ilk 1 manatlıq əsginaslar da dövriyyədə qaldı.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1992 və 1993-cü illərdə dövriyyəyə buraxılmış 1 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış"Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az , 2005-ci ildə yeni 1 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 1 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır.

Pulun yeni dizaynı dünyada ən yeni cərəyanları və "vahid ailə" prinsipi nəzərə alınmaqla hazırlanmışdır. Müsabiqədə iştirak edən şirkətlərdən Avstriyanın "OeBS" şirkətinin dizayneri, Avro əsginaslarının dizayn müsabiqəsinin qalibi və Avronun müəllifi Robert Kalinanın hazırladığı eskizlər tələb və gözləntilərə cavab verdiyindən qalib seçilmişdir.

Mövzusu Hazırda dövriyyədə olan 1 manatlıq əsginaslar 2005 və 2009-cu illərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar mədəniyyət mövzusuna həsr olunmuşdurDövriyyədə olan əskinaslar — AZN . cbar.az .

Təsviri thumb|İlk əsginaslar üzərində təsvir olunmuş Qız qalasının real vəziyyəti İlk 1 manatlıq əsginas sadə dizayna malik olmuşMüstəqillik dövrü pulları . azerbaijans.com , ön tərəfində Qız qalası təsvir olunmuşdur. Əsginasların arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üzərində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuşdur.

İkinci 1 manatlıq əsginas çap olunarkən həmin vaxt dövriyyədə olan 5, 50 və 100 manatlıq əsginaslarla uyğunlaşdırılmışdır. Onun ön tərəfinə Qız qalasının təsvirindən əlavə arxa fon təsvirləri də əlavə edilmişdir. Bu əsginasın arxa tərəfində isə əlavə olaraq nominalın adı sözlə verilmişdir.

Ağ kağızda, əsas rəngi boz olmaqla 2005 və 2009-cu illərdə çap olunmuş əsginasların ön tərəfində Azərbaycanın milli musiqi alətlərinin – muğam üçlüyündə istifadə olunan tar, kamança və dəfin qrafik təsvirləri verilmişdir.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da bu əsginasların ön tərəfdədir. thumb|300px|center|1 manatlıq əsginasın üzərində Elman Rüstəmovun imzası 18 sentyabr 2023-cü il tarixindən Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları dövriyyəyə buraxılıb.

Bu əsginasların arxa fonunda isə qədim Azərbaycan xalçasının naxışları vardır. Həmçinin əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.

Son iki əsginasın əsas fərqi belədir: 2005 buraxılışının ön tərəfində "Azərbaycan Milli Bankı", 2009 buraxılışının ön tərəfində isə "Azərbaycan Mərkəzi Bankı" yazılmışdır. 2009-cu ildə bu əsginasların yenidən buraxılmasının əsas səbəbi elə həmin il Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər olmuşdur. Belə ki, 2009-cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavələr və dəyişikliklərlə bağlı olaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddənin II hissəsində "Milli" sözü "Mərkəzi" sözü ilə əvəz edilmişdir"2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi barədə" Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının 30 mart 2009-cu il tarixli, 19/86 nömrəli Qərarı ("Azərbaycan" qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 03, maddə 158). Hansı ki, bu Azərbaycan Milli Bankının adının dəyişdirilərək Azərbaycan Mərkəzi Bankı adlandırılması deməkdir.

Ölçüləri İlk iki 1 manatlıq əsginasların ölçüləri 125×63 mm idiDövriyyədən çıxarılmış əskinaslar — AZM . cbar.az .

2005 və 2009-cu illərdə dövriyyəyə buraxılmış 1 manatlıq əsginasların ölçüləri isə 120×70 mm-dir.

Mühafizə elementləri Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 1 manatlıq əsginasda su nişanı — üç alov təsvir olunmuşduAdlarını pula yazdıranlar . buro247.az .

2005 və 2009-cu illərdə çap olunmuş yeni nəsil pul nişanlarının texniki parametrləri İsveçrə Milli Bankının texniki dəstəyi ilə, mühafizə sistemi də xüsusi "mühafizə fəlsəfəsinə" uyğun həmin bank ilə əməkdaşlıq nəticəsində hazırlanmışdır. Bu pul nişanlarının keyfiyyəti ən yüksək beynəlxalq standartlara müvafiq və aparıcı ölkələrin pul vahidləri ilə müqayisə olunan səviyyədə müəyyən edilmişdir. Belə ki, pul nişanlarının istehsalı İSO tələblərinə uyğun olaraq həyata keçirilmiş, həm istehsal, həm də istehsaldan sonra əsginasların keyfiyyəti xüsusi avtomatik avadanlıqlarla tək-tək yoxlanılmışdır. Bu əsginasların üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehrli xətlər vardır.

Yeni nəsil əsginaslar 4 pilləli mühafizə sisteminə malikdir: 1-ci dərəcəli mühafizə sistemi xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən; 2-ci dərəcəli mühafizə sistemi ticarət müəssisələri tərəfindən sadə cihazlarla; 3-cü dərəcəli mühafizə sistemi banklar tərəfindən xüsusi avadanlıqlarla; 4-cü dərəcəli mühafizə sistemi yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir.

Burada əsas məqsəd əhali tərəfindən yeni əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.

Həmçinin bax Azərbaycan manatı

İstinadlar

Xarici keçidlər

Pul. preslib.az

Kateqoriya:Azərbaycan manatı Kateqoriya:Azərbaycan əsginasları Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1-lik əsginaslar Kateqoriya:Pul vahidləri