1998 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 43-cü Avroviziya Mahnı Müsabiqəsidir. Katrina and The Waves pop-rok qrupunun ifa etdiyi "Love Shine a Light" adlı mahnı ilə 1997 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1998-ci ildə Böyük Britaniya səkkizinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Böyük Britaniyanın Birminhem şəhərində Birminhem arenada keçirilmişdir. Müsabiqə 1998-ci ilin 9 may tarixində baş tutmuşdur.

1998-ci ildə Avroviziyada son dörd ildə ən aşağı nəticələr göstərmiş beş ölkə Avstriya, Bosniya və Herseqovina, Danimarka, İslandiya və Rusiya müsabiqədən kənarlaşdırılmışdır. İtaliya isə könüllü şəkildə Birminhemdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. Bu qərarla bağlı heç bir əlavə açıqlama verməyən İtaliya 2011-ci ilədək Avroviziyada iştirak etməmişdir. 1998-ci ildə müsabiqədən kənarlaşdırılan ölkələri isə Belçika, Finlandiya, İsrail, Makedoniya, Rumıniya və Slovakiya əvəz etmişdir. Bu Makedoniyanın Avroviziyada ilk iştirakı idi. Belçika, Finlandiya və Slovakiya bir illik, İsrail iki illik, Rumıniya isə üç illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır.

Ümumilikdə 25 ölkənin iştirak etdiyi Avroviziya 1998-də İsrail təmsilçisi Dana International ifa etdiyi "Diva" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Dana International yalnız müsabiqənin qalibi kimi deyil, eyni zamanda ilk transseksual iştirakçı kimi də Avroviziya tarixində izini qoymuşdur. Bu İsrailin Avroviziyada ümumilikdə üçüncü qələbəsi idi.

Final

№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 Xorvatca Daniyela "Neka mi ne svane" Heç vaxt sübh açılmasın 5 131 02 Yunanca Thalassa "Mia krifi evesthisia" () Gizli hissiyat 20 12 03 Fransızca Mari Lin "Où aller" Haraya gedirsən 24 3 04 İspanca Mikel Ersoq "¿Qué voy a hacer sin ti?" Sənsiz nə edəcəyəm? 16 21 05 Almanca Qunvor "Lass ihn" İcazə ver ona 25 0 06 Slovakca Katarina Hasprova "Modlitba" Dua 21 8 07 Polyakca Sixteen "To takie proste" Bu belə sadədir 17 19 08 İvritcə Dana International "Diva" () - 1 172 09 Almanca Quildo Horn "Guildo hat euch lieb!" Quildo sizin hamınızı sevir 7 86 10 İngiliscə Kyara "The One That I Love" Sevdiyim biri 3 165 11 Macarca Çarli "A holnap már nem lesz szomorú" Sabah kədərli olmayacaq 23 4 12 Slovencə Vili Resnik "Naj bogovi slišijo" Tanrılar eşitsin 18 17 13 İngiliscə Daun Martin "Is Always Over Now?" İndi "həmişə" bitdi? 9 64 14 Portuqalca Alma Lusa "Se eu te pudesse abraçar" Əgər səni qucaqlaya bilsəydim 12 36 15 Rumınca Malina Olinesku "Eu cred" Mən inanıram 22 6 16 İngiliscə Imaani "Where Are You?" Haradasan? 2 166 17 Yunanca Mixalis Hatziyannis "Genesis" () Yaradılış 11 37 18 Niderlandca Edsiliya "Hemel en aarde" Səma və yer 4 150 19 İsveçcə Cill Conson "Kärleken är" Sevgi 10 53 20 Fransızca Melani Kol "Dis oui" Hə de 6 122 21 Fincə Edea "Aava" Açıq peyzaj 15 22 22 Norveçcə Lars Fredriksen "Alltid sommer" Həmişə yay 8 79 23 Estonca Koit Toome "Mere lapsed" Dənizin uşaqları 12 36 24 Türkcə Tüzmen "Unutamazsın" Unuda bilmərsən 14 25 25 Makedoniya Makedonca Vlado Yanevski "Ne zori, zoro" () Sübh, açılma 19 16

Nəticələr

Səsvermə metodu:Çəhrayı: SMS səsverməsi.Mavi: Münsif səsverməsi. Səs verən ölkələr Cəmi Xorvatiya 131 5 8 1 5 10 6 10 10 10 12 3 2 2 7 4 3 5 3 6 3 4 12 Yunanıstan 12 12 Fransa 3 1 2 İspaniya 21 1 4 6 3 4 3 İsveçrə 0 Slovakiya 8 8 Polşa 19 2 5 2 10 İsrail 172 10 12 10 10 10 7 12 7 6 12 7 5 10 6 5 10 10 3 7 5 8 Almaniya 86 3 12 12 8 8 10 6 6 12 7 1 1 Malta 165 7 6 6 5 8 12 8 7 8 7 3 12 5 12 5 8 6 8 5 12 5 10 Macarıstan 4 1 1 2 Sloveniya 17 3 2 5 4 3 İrlandiya 64 2 2 4 2 2 6 6 1 1 8 8 1 4 2 8 7 Portuqaliya 36 1 10 6 2 2 2 2 1 6 4 Rumıniya 6 6 Böyük Britaniya 166 12 7 3 3 3 1 7 12 1 8 10 5 5 6 12 8 7 7 6 8 5 8 12 10 Kipr 37 4 12 5 1 1 1 4 4 3 2 Niderland 150 10 8 5 4 7 6 5 8 6 7 12 10 7 10 8 12 7 8 7 3 İsveç 53 3 4 8 2 1 5 6 10 12 2 Belçika 122 4 7 7 4 7 12 5 4 3 3 6 7 8 7 6 10 2 7 6 1 6 Finlandiya 22 10 1 10 1 Norveç 79 8 1 4 4 3 5 5 10 4 3 4 3 3 12 4 2 4 Estoniya 36 2 8 1 4 2 1 2 4 12 Türkiyə 25 5 12 2 1 5 Makedoniya 16 6 3 4 3

Xarici keçidlər Eurovision.tv

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:1998-ci ildə Birləşmiş Krallıq