() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Krım, Qafqaz ın Qara dəniz sahillərində və Mərkəzi Çində təbii halda bitən dekorativ ağacdır. Himalayda və Qərbi Çində dəniz səviyyəsindən 3000 m hündürlükdə meşələr əmələ gətirir.

Botaniki xarakteristikası Hündürlüyü 25 m-ə qədər olan piramidal formaya, geniş çətirə, sallaq budaqlar malikdir. Yarpaqları pulcuqvarı, tünd-yaşıl rəngdə, parlaqdır, alt tərəfində qatran vəzisi vardır. Qozaları uzunsov-kürəşəkillidir, topa-topa və ya tək-tək yerləşir, uzunluğu 20 mm-ə qədərdir. Oduncağı ətirlidir, tikinti işlərində istifadə edilir. İynəyarpaqlarından və zoğlarından alınan efir yağından çox qədimdən bronxların və ağciyər xəstəliklərinin müalicəsi üçün istifadə edirdilər. müasir təbabətdə sərvin efir yağı soyuqdəymə xəstəliklərində profilaktikası məqsədilə istifadə edilir. Sərv yağının faydalı xüsusiyyətlərindən biri də onun qan dövranı sisteminə və su-yağ mübadiləsinə müsbət təsiridir. Ondan damarların genəlməsində, ayaqların keyləşməsində, babasilin və yaraların müalicəsində ağrıkəsici və antiseptik vasitə kimi istifadə edilir. Buxar distilləsi ilə iynəyarpaqlardan 0,5–0,8 % açıq-qonur rəngli və xoş ətirli efir yağı alınır. Sərvdən alınan efir yağı ayaqların dərisinə sakitləşdirici təsir göstərir və onu sağlamlaşdırır, pis qoxuları və çox tərləməni yorğunluğu aradan qaldırır, şişkinliyi müalicə edir. Bu sərv növü göbələk xəstəliklərinə qarşı mübarizə vasitəsi kimi istifadə edilir. Sərv yağı qızartıya və qıcıqlanmaya həssas olan dəriyə müsbət təsir göstərərək, oradakı məsamələri kiçildir, təmizləyir, partlamış kapilyarları müalicə edir.

Azərbaycanda yayılması Abşeronda boz-qonur, karbonatlı torpaqlarda, yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni şəraitdə becərilir. Quru səhra iqlimli şəraitdə zəif böyüyür.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1824-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Pakistan florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Tibet florası Kateqoriya:Qərbi Himalay florası Kateqoriya:Nepal florası