Xrisippus (yun. Χρύσιππος, ) – ellinizm dövrünün filosofu, stoa məktəbinin ardıcılı, Zenonun tanınmış öyrəncilərindən biri. Onun fəaliyyəti nəticəsində stoaçılıq sistemləşmiş bir təlim kimi ortaya çıxmışdırDiogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915 (VII. 183).. Ona görə Xrisippusu stoa məktəbinin ikinci yaradıcısı sayırlar. Xrisippus çoxlu kitablar yazsa da, bizim zamanımıza onlardan bəzi fraqmentlər gəlib çatmışdır.

Fəlsəfəsi Xrisippus daha çox məntiqi məsələlərə önəm vermişdir. O, başqa stoaçılar kimi hesab edirdi ki, fəlsəfənin üç istiqaməti vardır: məntiq, fizika və etika. Məntiq ritorika (söz ustalığı) və dialektikadan (mübahisə bacarığı) ibarətdir. Dialektika isə məna və səsə bölünür. Mənalar təsəvvürlər və onlara əsaslanan mülahizələrdən, cins və növlərdən, eləcə də sofizmlərdən ibarətdir. Səslər isə deyilən sözlər, cümlələrdir.

Dünyada hər şey səbəb və nəticə qanununa tabedir. Ona görə də mülahizələr sadə və mürəkkəb olur. Sadələrdə şeyləri keyfiyyətlərə görə təsnif edib, onlara dəqiq təriflər verirlər. Sadə mülahizələrin örnəkləri kimi "o gəzir", "günəş göydədir" sözlərini misal gətirmək mümkündür.

Mürəkkəb mülahizələri Xrisippus şərtilərə ("günortadırsa, onda hava işıqlıdır"), birləşdiricilərə ("həm günortadır, həm də işıqlıdır"), müqayisəlilərə ("gün gecədən uzundur") və s. bölürdü. Bunlardan ən önəmlisi şərti olan mürəkkəb mülahizələrdirGould, Josiah (1970), The Philosophy of Chrysippus , SUNY, p. 71.. Orada sonrakı iddia öncəkiyə zidd olmamalıdır. Məsələn, "günortadırsa, onda hava işıqlıdır" cümləsini təhlil etsək, onun həqiqəti əks etdirdiyini görərik. Çünki "hava qaranlıqdır" desək, bu "günortadır" iddiasına zidd olar. Mülahizələrdən çıxan nəticə yalnız onda həqiqi sayılır ki, o həqiqi önərmələrə (iddialara) söykənsin.Хрисипп // Н овейший философский словарь . Сост. Грицанов А. А. Минск, 1998.

Mənbə

Ədəbiyyat

Susanne Bobzien, (1999), Chrysippus' Theory of Causes. In K. Ierodiakonou (ed.), Topics in Stoic Philosophy, Oxford: OUP, 196–242. Фрагменты ранних стоиков. Пер. и комм. А. А. Столярова. М.: Греко-латинский кабинет. Т. 2(1): Хрисипп из Сол. Логические и физические фрагменты (1999). Т. 2(2): Хрисипп из Сол. Физические фрагменты (2002).

Həmçinin bax Stoaçılıq

İstinadlar

Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Qədim Yunanıstan filosofları Kateqoriya:Məntiqçilər