Black or White — Maykl Ceksonun Dangerous albomundan olan ən uğurlu sinql. Sinql 8 noyabr 1991-ci ildə satışa çıxarılmışdır. Mahnı rok və dans-pop janrlarının qarışdırılması əsasında yaradılmışdır. İrqi ayrıseçkiliyə qarşı yazılmış mahnının söz və musiqi müəllifi, həmçinin aranjimançısı Cekson özü, rep parçanın müəllifi isə Bill Bottrelldir. Mahnın girişindəki və eləcə də mahnı boyu səslənən gitar musiqi parçasının ifaçısı məşhur gitaraçı Slashdır.
Mahnı satışa çıxarıldığı gündən US Billboard Hot 100 və UK Singles Chart da daxil olmaqla iyirmi ölkənin hit-paradlarında birinci yerə yüksəlmiş, həmçinin 1991-ci ilin ən çox satılan sinqlı olmuşdur.
Tamaşaçılarda maraq oyatmaq üçün Epic Records mahnıya çəkilmiş klipin təqdimatının keçirilməsndən yalnız iki gün əvvəl mahnının radiolarda yayımlanmasına icazə vermişdi. Mahnının tanıtımı 1991-ci ilin noyabrında New York və Los-Anceles şəhərlərində başlanıldı və yalnız bundan bir həftə sonra sinql rəsmən satışa çıxarıldı.
Mahnıya çəkilmiş klip ilk dəfə 1991-ci 14 noyabr tarixində MTV, BET, VH1, və Fox telekenallarında yayımlanmışdır. Klipdə Jacksonla birgə Macaulay Culkin, Tess Harper, və George Wendt də rol almışdır. Klipin rejissoru Maykl Ceksonun Thriller klipinin də rejissoru olan John Landisdir. Bütün zamanların ən çox izlənən kliplərindən olan Black or White klipinin təqdimatı dünyanın 27 ölkəsində, 500 milyon tamaşaçının iştirkı ilə keçirilmişdir.
Mahnı 1992-ci ildə Robert Clivillés və David Cole remix edilmişdir. Remix versiyalar ayrıca daha çox "Black or White (The Clivillés & Cole (C&C) Remixes)" və ya sadəcə "Black or White (Remixes)" adıyla tanınan albom şəklində satışa çıxarılmışdır.
Kompozisiyaları
Maxi CD "Black or White" (Single Version) – 3:22 "Black or White" (Instrumental) – 3:22 "Smooth Criminal" – 4:16
7" single "Black or White" (Single Version) – 3:22 "Black or White" (Instrumental) – 3:22
Black Or White (The Clivillés & Cole Remixes) Black Or White (The Clivillés & Cole House / Club Mix) – 7:36 Black Or White (The Clivillés & Cole House / Dub Mix) – 6:34 Black Or White (The Underground Club Mix) – 7:29 Black Or White (House With Guitar Radio Mix) – 3:53 Black Or White (Tribal Beats) – 3:38
Visionary sinql CD side "Black or White" (Single version) – 3:22 "Black or White" (Clivillés & Cole House Guitar Radio Mix) – 3:50
DVD side "Black or White" (Music video) – 11:00 Enhanced With The Dangerous Pepsi Commercial!
Hit paradlarda
Hit parad (1991)YüksəldiyiyerABŞ – US Billboard Hot 1001BK – UK Singles Chart1Dutch Singles Chart1Australian Singles Chart1Belgium Singles Chart1Canadian Singles Chart1French Singles Chart1Irish Singles Chart1New Zealand Singles Chart 1Norwegian Singles Chart1Swedish Singles Chart1Swiss Singles Chart 1German Singles Chart1Danish Singles Chart1Hit parad (2009)YüksəldiyiyerAustrian Singles Chart17Danish Singles Chart22French Digital Singles Chart9New Zealand Singles Chart16Norwegian Singles Chart18Swedish Singles Chart11Swiss Singles Chart 7UK Singles Chart25US Billboard Hot Digital Songs13
Sertifikatları Ölkə sertifikat Satış ABŞ Platinum 1,000,000 Avstraliya 2xPlatinum 140,000 Yeni Zellandiya Platinum 15,000 Almaniya Gold 250,000
İstinadlar
Həmçinin bax
Kateqoriya:Maykl Cekson mahnıları Kateqoriya:1991-ci ilin mahnıları Kateqoriya:1991-ci ilin sinqlları