Men ştatının səhrası () — meşələrlə əhatələnmiş olan və qumluqlardan ibarət olan ABŞ-nin Men ştatı Kamberlend dairəsində yerləşən səhra. Men şəhərindən 4 km qərbdə yerləşir.

Tarixi thumb|200px|left 1783-ci ildə Vilyam Tattl ərazidə 300 ha torpaq sahəsi alır. 10 illərlə o, öz heyvanlarını normal şəkildə otarırdı. Onun törəmələri qoyuna sahib olaraq heyvanlarının sayını artırırlar. Heyvanların sayı artdiqca intensiv otarılma torpaqların eroziyaya məruz qalmasına səbəb olur. Səbəb isə sonuncu buzlaşma zamanı, buzlar əraziyə 27 metr qalınlığında qum toplanışdır. İlk əvvəllər kiçik bir ərazi səhralaşmışdı. Son əsrlər zamanı isə əraziyə avropadan çoxlu sayda insan köçürülmüşdür. İnsanlar burada əkin əksələrdə güclü küləklər və yağıtılar bitki köklərini möhkəmləndirməyə imkan verməmişdir. Tattlın törəmələri XX əsrin əvvəllərində səhralaşma ilə mübarizə apara bilməyərək bu torpaqlardan imtina etməli olurlar. 1919-cu ildə ərazi 300 dollar müqavilində Henri Qoldrap tərəfindən alınır. O, 1925-ci ildə keçmiş fermanı turistik mərkəzə çevirir. 1950-х illərdə səhra atmosferini yaratmaq məqsədilə Sara adlı dəvə alınır. Bu dəvə ziyarətçiləri dişlədiyindən heyvanxanaya göndərilmişdir. Sara iki müqəvva dəvə ilə əvəzlənmişdir.

Xüsusiyyətləri «Səhra» 160000 m² (16 hektar) əraziyə malikdir. Səhra tam olaraq təbiətin məhsulu olaraq sayılmır. Hazırda səhra ərazisi yerli vəhşi təbiət olaraq mövcuddur. Burada mağaza, qum və fermer muzeyi fəaliyyət göstərir. İllik ziyarətçilərin sayı 30000 nəfərdir.

İstinadlar

Mənbə Rəsmi sayt Men ştatının səhrası Men ştatının səhrası

Kateqoriya:ABŞ səhraları Kateqoriya:Səhralaşma Kateqoriya:Mühitin antropogen amilləri