Ruslan Lunyov () — Azərbaycanı təmsil edən güllə atıcısı, Avropa Çempionatının qalibi.
Karyerası Ruslan Lunyov 2002-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi atası Vladimir Lunyov və anası, 2004-cü il Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumovadır.
2006-cı ildən beynəlxalq turnirlərdə çıxış edən Ruslan Lunyov 2015-ci ildə Azərbaycanı Birinci Avropa Oyunlarında təmsil etdi. Nüfuzlu beynəlxalq turnirlərdə uğura imza ata bilməyən Ruslan Lunyov 2016-cı ilin avqustunda Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Ruslan Lunyov Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən verilən lisenziyalara əsasən olimpiada da mübarizə apardı.
Avqustun 6-da Ruslan Lunyov əvvəl 10 metr məsafəyə hava tapançasından ilə atəşaçma turnirinin təsnifat mərhələsində çıxış etdi. 48 idmançının mübarizə apardığı təsnifat mərhələsində Ruslan Lunyov 600 xaldan 577-ini toplamağı bacardı və nəticədə mərhələni 15-ci pillədə başa vuraraq Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı. Daha sonra isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirində çıxış etdi. 26 idmançının mübarizə apardığı təsnifat mərhələsində 600 xaldan 575-ini toplamağı bacaran Ruslan Lunyov nəticədə mərhələni 15-ci pillədə başa vurdu. Bu turnirdə də Ruslan Lunyov final mərhələsinə vəsiqə qazana bilmədi və Rio-de-Janeyro Olimpiadasında uğursuz çıxış etdi.
Ruslan Lunyov 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarında beş qızıl medala sahib oldu.
Ruslan Lunyov 2019-cu ilin sentyabrında İtaliyanın Bolonya şəhərində baş tutan Avropa Çempionatında 25 metr məsafəyə tapançadan atəşaçma turnirində gümüş medalın sahibi oldu. Həmin turnirin nəticələrinə əsasən o, həm də olimpiya lisenziyasına sahib oldu. Həmçinin Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən Ruslan Lunyova əlavə bir olimpiya lisenziyası da verildi.
Ruslan Lunyov 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil etdi. İyulun 24-də Ruslan Lunyov 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə apardı. Nəticədə o, təsnifat mərhələsini 574 balla 36 idmançı sırasında 20-ci pillədə başa vurdu və mübarizəsini dayandırdı. Avqustun 1-də isə Ruslan Lunyov 25 metr məsafəyə sürət tapançasından atəşaçma turnirində mübarizə apardı. Ruslan Lunyov təsnifat mərhələsinin birinci turunda 282 balla 22-ci, növbəti turunda isə 286 balla 21-ci pillədə qərarlaşdı. Nəticədə o, təsnifat mərhələsini 568 balla 26 idmançı sırasında 21-ci pillədə başa vurdu və mübarizəsini dayandırdı.
Ruslan Lunyov 2022-ci il ərzində ISSF Qran-Pri beynəlxalq turnirlərinin Xorvatiya mərhələsində gümüş, Bolqarıstan və İspaniya mərhələlərində isə qızıl medallara sahib oldu. Misirin Qahirə şəhərində baş tutan Dünya Çempionatında isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirini gümüş medalla başa vurdu.
Daha sonra Ruslan Lunyov 2023-cü ilin martında Estoniyanın Tallin şəhərində baş tutan Avropa Çempionatında 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində qızıl medalın sahibi oldu. Bununla da o, həm də olimpiya lisenziyaya sahib oldu.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi atıcıları Kateqoriya:Azərbaycanın olimpiya atıcıları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında atıcılar Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında atıcılar Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında atıcılar Kateqoriya:2015 Avropa Oyunlarında atıcılar Kateqoriya:2019 Avropa Oyunlarında atıcılar Kateqoriya:2023 Avropa Oyunlarında atıcılar Kateqoriya:Atıcılıq üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Atıcılıq üzrə Avropa çempionları Kateqoriya:Atıcılıq üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Bakıda doğulmuş idmançılar Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar