Milet () - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır.
Tarixi İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir Greaves A.M. Miletos: A History. L.; N.Y., 2002. P. 42. Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır Greaves A.M. Miletos: A History. L.; N.Y., 2002. P. 66. E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır Greaves A.M. Miletos: A History. L.; N.Y., 2002. P. 46. Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür Гиндин Л. А., Цымбурский В. Л. Гомер и история Восточного Средиземноморья. М., 1996. С.43. "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdurLatacz J. Troy and Homer. Oxford UP. 2004. P.298. Mikena mətnlərində "Miletlilər" (mi-ra-ti-ja) sözü qeyd olunmuşdur Молчанов А. А., Нерознак В. П., Шарыпкин С. Я. Памятники древнейшей греческой письменности. М., 1988. С.54.
Coğrafiyası right|thumb|Lidiya xəritəsində Milet Qədim İoniyanın bütün əraziləri arasında Herodot Mileti xüsusi olaraq qeyd edir və onu "İoniyanın mirvarisi" adlandırır Herodot, I, 142; V, 28.. Milet yarımadada yerləşən, sərhədləri şimaldan Herakl körfəzi, qərbdən Egey dənizi, cənubdan Mendel körfəzi, şərqdən Kari dağları ilə əhatələnmiş şəhər olmuşdur. Kiçik Asiyanın Egey dənizinə axan ən gursulu çayı Meandr şəhərin şimal sərhədlərindən keçirdi. Milet şəhərinin yerləşdiyi yarımada yalnız Kari dağlarından keçən dar dağ yolu ilə materiklə bağlanırdı. Bu yolun ən hündür nöqtəsi dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən Qrion dağ silsiləsi olmuşdur. Kiçik dağ çaylarının çox olması səbəbindən burada bağçılıq və əkinçilik geniş inkişaf etmişdi və bu da ərazidə su və nimf (pəri) kultlarının (totemləri) geniş yayılmasına səbəb olmuşdurКобылина М.М. Милет. — М.: Наука, 1965. — С. 10—14..
Şəhər həyatının çiçəklənməsi dövründə Milet iki - özünün içqalası olan daxili və xarici hissələrdən ibarət olmuşdur. Lakin hər iki hissə ümumi qala divarları ilə əhatə olunmuşdu. Şəhərin bir neçə limanı olub: Lade, Dromisk, Perne.
Tanınmış nümayəndələri Miletli Fales
Anaksimandr
Anaksimen
Aspaziya
Xarici keçidlər 360° Virtual Tour at Ancient Miletus
Miletin kosmosdan görüntüsü
İstinadlar
Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Türkiyə şəhərləri Kateqoriya:Milet Kateqoriya:Türkiyədəki qədim yunan arxeoloji abidələri