Şeverdyayev Nikolay Petroviç (d. 24 mart, 1922, Çuxuryurd, Şamaxı rayonu – ö. 28 oktyabr, 1986, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (18 avqust 1945), qvardiya mayoru.

Həyatı Nikolay Şeverdyayev 24 mart 1922-ci ildə Şamaxı rayonunun Çuxuryurd kəndində rus ailəsində anadan olub.

1941-ci ildə Sovet Ordusuna çağırılmışdır. Bakı aeroklubunun yetişdirməsi olan Şeverdyayev Stalinqrad hərbi-hava məktəbini bitirmişdir (1942). İkinci Dünya müharibəsində (1941–45) hücumçu aviasiya diviziyasında xidmət etmişdir.

132 döyüş uçuşu keçirmiş, Svir, Visla, Narva, Oder və s. əməliyyatların iştirakçısı olmuş, Sovet Zapolyaryesinin azad edilməsində igidlik göstərmişdir. 1958 ildə ordudan buraxılmışdır. 1977 ildən Kalinin ad. Geofizika Cihazları İstehsalat Birliyində işləmişdir. Fərdi pensiyaçı idi. Lenin ordeni, 2 Qırmızı Bayraq, 2 dəfə 1-ci dərəcəli Vətən müharibəsi, 2 Qırmızı Ulduz ordenləri və medallarla təltif olunmuşdur.ASE, X cild, Bakı, 1987, s.484

28 oktyabr 1986-cı ildə Bakıda vəfat etmişdir. Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Filmoqrafiya Qanadlara yiyələnərək... (film, 1974)

İstinadlar

Ədəbiyyat Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1988. — Т. 2 /Любов — Ящук/. — 863 с. — 100 000 экз. — ISBN 5-203-00536-2., стр. 768. Аббасов М. Г. На крыльях мужества. Баку, 1975. стр. 150–157. Золотые Звёзды Азербайджана. Баку, 1975. стр. 308–309. Сорокожердьев В. В. Они сражались в Заполярье. — Мурманск, 2007. Хачатуров С. А. Сердцем с армией. М., 1981. стр. 31–34.

Xarici keçidlər Шевердяев Николай Петрович Биография Шевердяева Н.П. Наградной лист, стр. 375.

Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Şamaxı rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan rusları Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:Çuxuryurdda doğulanlar Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:"Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:"Varşavanın azad edilməsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları