Zaqreb () — Xorvatiyanın paytaxtı və ən böyük şəhəri.

İqtisadiyyatı Zaqrebdə iqtisadiyyatın əsas sənaye sahələri elektrik maşınlarının və aparatlarının istehsalı, kimya sənayesi, əczaçılıq, toxuculuq və qida sənayeləridir. Zaqreb şəhəri beynəlxalq ticarət mərkəzlərindən biri olmaqla yanaşı, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı nəqliyyat yolunun kəsişməsində yerləşir. Zaqreb şəhəri adambaşına düşən Ümumi Daxili Məhsulun miqdarına görə ölkədə birinci yeri tutur. 2005-ci ildə Xorvatiyada adambaşına düşən ÜDM miqdarı 10431 dollar idisə, Zaqrebdə bu göstərici 19132 dollar olub. 2006-cı ilin göstəricilərinə görə şəhərdə işsizlik səviyyəsi 8,6% olub. Xorvatiyadakı şirkətlərin 34%-nin mərkəzi qərargahı Zaqrebdə yerləşir, ölkədəki işçi qüvvəsinin 38,4%-i Zaqrebdə işləyir. Ölkədəki ixracatın 35%-i, idxalın isə 60%-i Zaqrebin payına düşür.

Qardaş şəhərlər Mayns, Almaniya Sankt-Peterburq, Rusiya Federasiyası Tromso, Norveç Kioto, Yaponiya Krakov, Polşa Lissabon, Portuqaliya Pitsburq, Amerika Birləşmiş Ştatları Şanxay, Çin Xalq Respublikası Budapeşt, Macarıstan Vyana, Avstriya Seul, Koreya Respublikası Sarayevo, Bosniya və Herseqovina Lyublyana, Sloveniya Podqoritsa, Monteneqro

Qalereya

800px|Zaqreb

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Həmçinin bax 1990 Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:Zaqreb Kateqoriya:Xorvatiya jupaniyaları