İlqar Bağırov və ya Balu (tam adı: İlqar Saleh oğlu Bağırov; 12 may 1970, Bakı, Azərbaycan SSR, SSRİ — 30 sentyabr 2014, Luqansk, Ukrayna) — Donbass müharibəsi şəhidi.

Həyatı Erkən illəri İlqar Bağırov 1970-ci il mayın 12-də Bakıda anadan olmuşdur. O, 1987-ci ildə Xarkov Ali Hərbi Aviasiya məktəbinə daxil olub, 1992-ci ildə bu müəssəni bitirmişdir.

Donbass müharibəsi və döyüşlərdə iştirakı Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İlqar Bağırov, Donbassda döyüşlər başlayan gündən Müdafiə Nazirliyinin nəzdində yaradılan 11-ci “Kiyevskaya Rus” batalyonunda kəşfiyyat qrupunun rəhbəri idi.

Ölümü thumb|İlqar Bağırovun İrpendə məzarı

2014-cü il sentyabr ayının 30-da Luqansk vilayətinin Debaltsev şəhərində gedən qızğın döyüşlər zamanı onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşüb. Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar Bağırov mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partladıb. Onun meyiti naməlum şəxslər tərəfindən tapılaraq elə həmin yerdə dəfn olunub. Bir müddət əvvəl meyitin qalıqları Ukrayna əsgərləri tərəfindən həmin ərazidən çıxarılaraq Kiyevin İrpen bölgəsində aparılıb və orada dəfn olunub.

Şəxsi həyatı Ailəli idi, bir qızı yadigar qalıb.

Ləqəbi Ukrayna xalqı arasında “Balu” kimi tanınırdı.

İrsi 2015-ci il dekabrın 23-də İrpin İqtisadi Kollecində onun adına şərəf lövhəsi vurulmuşdur.

Təltif və mükafatları İlqar Bağırova ölümündən sonra Ukrayna "İgidliyə görə" ordeni ilə təltif edilib.

2015 — "İgidliyə görə" ordeni (III dərəcəli)

Həmçinin bax Vladimir Məmmədəliyev Yolçu Əliyev

İstinadlar

Xarici keçidlər У Ірпені відбулося прощання з Героєм

Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Ukrayna hərbçiləri Kateqoriya:Ukrayna azərbaycanlıları Kateqoriya:Donbass müharibəsi iştirakçıları