Nizami Gəncəvi adına Qızıl medal — Azərbaycan vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif ediləcək medal. Təsviri Medal diametri 30 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI”, aşağı qövs boyunca “NİZAMİ GƏNCƏVİ” sözləri yazılmışdır. İkinci dairənin üzəri şəbəkəvari naxışlarla haşiyələnmiş, üçüncü dairənin mərkəzində Nizami Gəncəvinin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır.

Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. İkinci dairənin üzərində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun orta hissəsində “NİZAMİ GƏNCƏVİ” sözləri, ondan aşağıda “1141-1209” rəqəmləri yazılmışdır. Medalın arxa tərəfindəki yazılar və təsvirlər qabarıqdır.

Təltifin şərt və tələbləri Nizami Gəncəvi adına Qızıl medalı ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə təltif edilirlər. Azərbaycan Milli Elmlər Akademiyasının təltif etdiyi ən yüksək mükafat olan Nizami Gəncəvi adına Qızıl medal və onun diplomu AMEA-nın Ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti tərəfindən təqdim olunur.

Qeyd edək ki, bu medalla bir şəxs təkrar təltif edilə bilməz.

Təltif edilənlər

Arif Məlikov (2015) Jores Alfyorov (2015) Vayra Vike-Freyberqa (2015) İsmayıl Seragəldin (2015) Lütfi Zadə (2016) Böyükkişi Ağayev (2016) Nərgiz Paşayeva (2017) Robert Hoyland (2017) Xoşbəxt Yusifzadə (2018) Roald Saqdeyev (2018) Ramiz Mehdiyev (2021) Əziz Səncər (2021) Nüşabə Vəkilova (20??)

Həmçinin bax "Heydər Əliyev" ordeni Azərbaycanın orden və medalları

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan medalları