2014-cü il futbol üzrə dünya çempionatının Braziliya və Almaniya komandaları arasında keçirilən yarımfinal matçı 8 iyul tarixində Belu-Orizonti şəhərində yerləşən "Mineyran" stadionunda keçirilmişdi. Braziliya yığması bu oyunda Almaniyaya 1:7 hesabı ilə darmadağın olmuşdu. Bu qələbənin nəticəsində Almaniya Çempionatın final mərhələsinə adlamışdı.
Vurulan 8 qol nəticəsində bu matç futbol üzrə dünya çempionatı tarixində keçirilən yarımfinal oyunları arasında ən böyük hesablı olmuşdur. Bu oyunun nəticəsində Almaniya yığma komandası dünya çempionatının yarımfinalında və ya finalında 7 qol vurmuş ilk komanda oldu.
Braziliya komandasına ikinci qolu vurmuş Almaniyanın 36 yaşlı oyunçusu Miroslav Kloze, Braziliyalı Ronaldonun nəticəsini də qabaqlayaraq dünya çempionatı tarixinin ən yaxşı bombardiri olmuşdur (Karyerası ərzində 16 qol). Almaniya yığması, həmçinin, dünya çempionatı tarixində ən çox qol vurmuş komanda oldu: Almanların hesabında bu oyundan sonra 223 vurulmuş qol, Braziliyalıların hesabında isə — 221 qol oldu. Bu oyuna qədər dünya çempionatının qrupdan sonrakı mərhələsində bu komandalar yalnız bir dəfə qarşılaşmışdılar. 1974-cü ildə dünya çempionatının qrupdan sonrakı mərhələsində Braziliya Şərqi Almaniya ilə qarşılaşmışdı. Lakin FİFA, hazırkı Almaniya yığma komandasının sələfi olaraq Qərbi Almaniya komandasını hesab edir. 1-7 hesabı ilə Almaniyanın xeyrinə başa çatan oyundan sonra Almaniya yığması Braziliyadan 2002-ci ildəki məğlubiyyətinin (0:2) revanşını aldı.
Bu məğlubiyyət Braziliya futbol komandasının tarixində ən böyük hesablı olmuşdur: yeganə olaraq komanda altı qol fərqi ilə təxminən 96 il əvvəl məğlub olmuşdu (1920-ci ildə Çilidə keçirilən futbol üzrə Cənubi Amerika çempionatında Uruqvay yığma komandasına 0:6 hesabı ilə məğlub olmuşdu). Həmçinin, Braziliyalılar rəsmi turnirlərdə ev oyunlarında ilk dəfə olaraq 1975-ci ildə məğlub olmuşdular. Onların məğlubiyyətsizlik seriyası 62 matç davam etmişdi.
Bu oyun Braziliya ilə yanaşı dünya miqyasında da "Mineyraso" adı ilə tanınır.
Tarixi Bu turnirə kimi Braziliya yalnız bir dəfə Futbol üzrə dünya çempionatına sahiblik etmişdi: 1950-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya finalda Uruqvaya 1-2 hesabı ilə məğlub olmuşdu. Braziliyanın 5 titulu olduğu təqdirdə, Almaniyanın bu oyuna kimi 3 titulu var idi. Ümumilikdə isə, bu iki komanda arasında 21 oyun keçirilmişdir. Lakin, bu komandalar yalnız bir dəfə dünya çempionatının finalında: 2002-ci qarşılaşmışdılar. Bu oyunda Braziliyalılar Ronaldonun vurduğu iki qol sayəsində 2-0 hesabı ilə Almaniyanı məğlub etmişdilər. Braziliya sonuncu titulunu 2002-ci ildə, Almaniya isə sonuncu titulunu 1990-cı ildə qazanmışdı. Braziliya 2002-ci ildən bəri, ilk dəfə yarımfinalda iştirak edirdi. Amma, Almaniya artıq 4-cü dəfə yarımfinalda iştirak edərək bir rekorda imza atmış oldu.
Oyun
Birinci hissə thumb|right|Braziliya yığma komandasının kapitanı David Luis (ortada) 23-cü dəqiqədə qol vuran Almaniya yığma komandasının oyunçusu Miroslav Kloze ilə top uğrunda mübarizə aparır Hər iki komanda hücum futboluna üstünlük verirdilər, amma, matçın əvvəllərində Braziliyalılar daha çox hücum edirdilər. Artıq 3-cü dəqiqədə Braziliya yığma komandasının oyunçusu Marselo qapıya doğru zərbə endirdi, lakin top qapıya daxil olmadı. 7-ci dəqiqədə Almaniya yığma komandasının oyunçusu Sami Hediranın zərbəsi komanda yoldaşı Toni Kroosa dəydi. 11-ci dəqiqədə Almanlar matçın ilk küncdən zərbəsini yerinə yetirdilər. Tomas Müller Toni Kroosun küncdən zərbədən ötürdüyü topan sonra hesabı Almaniyanın xeyrinə 1-0 olaraq dəyişdi. Matçın 23-cü dəqiqəsində Miroslav Kloze hesabı 2-0 etdi. Bu qol Miroslav Klozenin 16-cı qolu oldu və Braziliyalı Ronaldonun rekordunu da üstələyərək ən yaxşı bombardir oldu.
Hesab Almaniyanın xeyrinə 2-0 olduqdan sonra, Braziliya ardıcıl səhvlərə yol verməyə başladı. Toni Kroos qısa zamanda içində Braziliyaya ardıcıl olaraq 2 qol vurdu. O, 24-cü dəqiqədə Filipp Lamın pasından sonra hesabı 3-0 olaraq dəyişdi. 26-cı dəqiqədə topu Braziliyalılardan alan Toni Kroos, topu Sami Hediraya ötürdü. Sami Hedira da boş qalmış Toni Kroosa topu ötürdü və hesab 4-0 oldu. Birinci hissənin sonuncu qolunu Məsud Özilin pasından sonra Sami Hedira Vurdu. Beləliklə, birinci hissənin yekun hesabı 5-0 Almaniya yığma komandasının xeyrinə oldu. Almanlar altı dəqiqə ərzində dörd qola imza atdılar. Braziliyalılar dördüncü qolun oyundan kənar vəziyyətdən vurulduğunu desələr də, hakim qayda pozuntusunu qeydə almamışdı. Videotəkrardan sonra da düzgün qərarı vermək olmamışdı.
İkinci hissə thumb|right|Braziliya hücumçusu Fred, Almaniya müdafiəçisi Jerom Boatenq ilə top uğrunda mübarizə aparır. Fred oyundan çıxarkən Braziliyalı azarkeşlər tərəfindən fitə basılmışdı. Fasilədən sonra Braziliya yığma komandasının baş məşqçisi Luis Filipe Skolari iki oyunçunu əvəz etdi: Fernandinyo və Xalkın əvəzinə Ramires və Paulinyo oyuna daxil oldu. Almaniya yığma komandasından isə Per Mertezaker Mats Hummelsin əvəzinə meydana daxil oldu. İkinci hissə başlayanda Braziliya yığma komandası Manuel Noyerin qapısı qarşısında təhlükələr yaratdılar. Amma, Manuel bir neçə dəfə komandasını qol vəziyyətlərindən xilas etdi. Matçın 60-cı dəqiqəsində Braziliya yığma komandasının qapıçısı Julio Sezar, Almaniya yığma komandasının oyunçusu Müllerin zərbəsini son anda dəf etdi. 58-ci dəqiqədə Miroslav Klozenin yerinə gəlmiş Andre Şürrle, 69-cu dəqiqədə hesabı 6-0 etdi. 79-cu dəqiqədə Andre Şürrle, Müllerin pasından sonra hesabı 7-0 etdi. Oyunun sonlarında Məsud Özil 8-ci qolu vurmağa çox yaxın idi, amma, o, bu şansı qaçırmışdı. Yalnız matçın 90-cı dəqiqəsində Oskar Almanların qapısına yol taparaq hesabı 1-7 etdi və matç elə bu hesabla da başa çatdı. Bu oyundan sonra Braziliyanın 62 matçlıq ev oyunlarında məğlubiyyətsizlik seriyası pozuldu.
Oyunun nəticələri
GK 12Julio SezarDF 23 MaykonDF 4 David Luis (c)DF 13 Dante DF 6 MarseloMF 17Luis QustavoMF 5 Fernandinyo MF 7Halk MF 11 OskarMF 20BernardFW 9 Fred Əvəzetmələr:GK 1CeffersonDF 2Dani AlvesMF 8Paulinyo DF 14MaksvellDF 15EnrikeMF 16Ramires MF 18ErnanesMF 19Villian FW 21JoGK 22ViktorBaş məşqçi: Luis Felipe Skolari300px GK 1Manuel NoyerDF 16 Filipp Lam (c)DF 20 Jerom BoatenqDF 5 Mats Hummels DF 4 HövedesMF 6 Xedira MF 7Bastian ŞvaynştaygerMF 13MüllerMF 18 Toni KroosMF 8 Məsud ÖzilFW 11Miroslav Kloze Əvəzetmələr:GK 12 Ron-Robert TsilerDF 2 Kevin QrosskroytsDF 3 Matties GinterFW 9 Andre Şürrle FW 10 Lukas PodolskiMF 14 Yulian Draksler DF 15 Erik DurmDF 17 Per Mertezaker MF 19 Mario GötzeGK 22 Roman VaydenfellerMF 23 Kristof KramerBaş məşqçi: Yoahim Löv Matçın oyunçusu: Toni Kroos
Baş hakimin köməkçiləri: Marvin Torrentera Markos Kintero Dördüncü hakim: Mark Geyger Beşinci hakim: Mark Şon Hörd
Matçın statistikası thumb|right|300px|Almaniya yığma komandasının futbolçuları vurduqları qolu bayram edirlər Statistika„World Cup Matches Round“ . FIFA. Retrieved 11 iyul, 2016.BraziliyaAlmaniyaQollar17Qapıya doğru zərbələr1814Hədəfə doğru zərbə810Topa Nəzarət52%48%Ötürmələrin sayı547592Ötürmələrin dəqiqliyi79%82%Küncdən zərbələr75Qayda pozuntuları1114Offsaydlar30Sarı vərəqələr10Qırmızı vərəqələr00
İstinadlar
Xarici keçidlər
FİFA-nın Rəsmi Saytında Matçın hesabatı Almaniya yığma komandasının oyunçularının matçda statistikası Braziliya yığma komandasının oyunçularının matçda statistikası
Kateqoriya:2014 FİFA Dünya Kuboku Kateqoriya:2014-cü ildə futbol