Villi Brandt (; ) — alman dövlət xadimi, 1969–1974-cü illərdə Almaniya Federativ Respublikasının Federal Kansleri, Nobel sülh mükafatı laureatı (1971).

Həyatı Villi Brandt (əsl adı: Herbert Ernst Karl Fram) 18 dekabr 1913-cü ildə Lübekdə anadan olmuşdur.

1930-cu ildə, hələ məktəbdə oxuyarkən Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) Gənclər təşkilatına üzv olmuşdur. 1931-ci ildə yeni yaranmış ifrat sol Sosialist Fəhlə Partiyasına keçmişdir. Hitler diktaturası bərqərar olduqdan sonra (1933-cü il, yanvar) sonra Villi Brandt təxəllüsü ilə gizli iş aparmış, aprel ayında isə Norveçə qaçmışdır. 1940-cı ilin aprelində Norveç Almaniya tərəfindən işğal olunduqdan sonra hərbi əsir düşərgəsinə düşmüşdür. 1940-cı ildə gizli şəkildə İsveçə keçmişdir. Stokholmda "İsveç-Norveç mətbuat bürosu"nu təsis etmişdir. 1945-ci ildə Almaniya təslim olduqdan sonra Skandinaviya qəzetlərinin müxbiri qismində Berlinə gəlmişdir.

1948-ci ilin əvvəllərində Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) idarə heyətinin üzvü seçilmiş, 1948–1949-cü illərdə Qərbi Berlində onun nümayəndəsi olmuşdur. 1949–1957-ci illərdə Qərbi Berlin bundestaqı və senatının deputatı seçilmişdir. 1950-ci illərin əvvəllərində Almaniya Sosial-Demokrat Partiyasının lideri K.Şumaxerin antikommunist kursunu dəstəkləyərək partiyanın sağ cinahına keçmişdir. 1957–1966-cı illərdə Qərbi Berlinin burqomistri olmuşdur. 1958–1963-cü illərdə Berlin böhranı zamanı SSRİnın və Almaniya Demokratik Respublikasının siyasətini kəskin tənqid etmişdir. 1964-cü ilin fevralında Almaniya Sosial-Demokrat Partiyasının sədri seçilmişdir. 1969–1974-cü illərdə AFR kansleri olmuşdur.

Mənbə Azərbaycan Milli Ensiklopediyası. 4-cü cild. Bakı, 2013. səh 503.

Biblioqrafiya

Xarici keçidlər

The Federal Chancellor Willy Brandt Foundation Willy-Brandt-Forum in Unkel Official Biography of Willy Brandt by Chancellor Willy Brandt Foundation Adam Sneyd, "Brandt Commission" in Globalization and Autonomy Online Compendium, edited by William D. Coleman and Nancy Johnson Biography of Willy Brandt Willy Brandt and the unification of Europe from Center for European Studies collection Ubben Lecture at DePauw University

İstinadlar

Kateqoriya:Almaniyanın dövlət başçıları Kateqoriya:Almaniya siyasətçiləri Kateqoriya:Almaniyalı Nobel mükafatı laureatları Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:XX əsr Almaniya qeyri-bədii əsər yazan yazıçıları Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:Almaniya jurnalistləri Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Təxəllüslər Kateqoriya:Almaniya lüteranları Kateqoriya:Almaniya antikommunistləri