Sayma gölü (, ) — Finlandiyanın ən böyük gölü. Avropanın isə şirinsulu gölləri arasında dördündü göldür. Ölkənin cənub-şərqində yerləşir. Göl bir-biri ilə əlaqədə olan 8 iri və çoxlu sayla sayda su tutarının birləşməsi nəticəsində əmələ gəlmişdir. Gölün sahəsi 4400 km² təşkil edir. Sahil xətdinin uzunluğu 15 min km-dir. Göl daxilində 13710 ada vardır. Bu adaların ümumi sahəsi 1850 km²-dir. Göldən başlanğıcını götürən yeganə çay Vuoksadır. Çay Ladoqa gölünə tölülür.

Fiziki-coğrafi xüsusiyyətləri left|thumb

Tarixi +Avropanın iri gölləri Göllər Sahəsi səth suları, км² Həcmi, km³ Ölkə Ladoqa gölü 17700 908 Oneqa gölü 9720 285 Venern 5550 180 Sayma 4380 36 Çud-Pskov gölü 3550 25,2 Vettern 1900 72 Beloye gölü 1290 5,2 Vıqozero 1140 7,1 Melaren 1140 10,0 Pyayannıy 1065 18,1 İlmen göle 1200 12,0 İnari gölü 1000 28,0

Gölün yatağı tektonik məşhəlli olmasına baxmayaraq buzlaqların təsirinə məruz qalmışdır. 10000 il öncə göl Baltik dənizinə daxil olan İoldiev dənizinin körfəzlərindən biri olmuşdur. Gölün Balrik hövzəsindən tam aralanması 8 000 ilə təsadüf edir. Müasir dönəmdə Vuoksa çayının Ladoqa gölü ilə əlaqələnməsə 5000 ilə öncəyə təsadüf edir.

Sayma sisteminə daxil olan göllər 1) Sayma (), 137 703 ha 2) Pihlayavesi (), 71 258,5 ha 3) Orivesi (), 60 130,2 ha 4) Haukivesi (), 56 042,9 ha 4) Puruvesi (), 41 635,4 ha 5) Pyhyaselkyo (), 36 110,4 ha 6) Enonvesi (), 19 667,6 ha 7) Pyyvesi (), 2 975,11 ha 8) Ukonvesi (), 2 423,26 ha

Su yollarının istifadəsi 1791—1792-ci illər Finlandiyada olan rus qoşunlarının komandanı Aleksadr Vasileviç Suvorov gölün sahilində post təşkil edir. İsveçlər daxili keçidləri tutmaq məqsədi ilə göldə bateriyalar yerləşdirirlər. Hazırda belə bu keçidlər turistik maşrutlar üçün istifadə edilir. 1856-ci ildə gölü Fin körfəzi ilə birləşdirən kanal inşa edilir. Gölün dib relyefini 1857-ci ildə Finlandiyanın Senatı Yohan Bartmana tərtib etməyi həvalə edir. 1940-ci ildə işi davam etdirmək Aaro Hellaakosa həvalə edilir. thumb|290px|Sayma gölü

Ehtiyyatları Göl balıqları ilə zəngindir. Burada hətta 2015-ci ildə elmə məlum olmayan yeni balıq növü aşkarlanmışdır (Romanogobio albipinnatus).

Üstəlik göldə nəsli kəsilmək üzrə olan Sayma nerpası yayılmışdır. Bu canlı Halqaşəkilli suitinın yarımnövüdür. 2012 ilə olan məlumata görə sayları cəmi 310 başSaymen nerpası. — WWF təşkil edir. 2020—2025 illər ərzində saylarının 400 başa çatdırılması planlaşdırılır.

Gölün sahilində azbest ehtiyatları aşkarlanmışdır.

thumb|250px

Ədəbiyyat Esko Kuusisto: Lake District in Finland. In: Matti Seppälä (Hg.): The Physical Geography of Fennoscandia. Oxford University Press 2005.

İstinadlar

Xarici keçidlər Sayma regionu haqqında məlumat Sayma gölündə balıq ovus

Kateqoriya:Finlandiya gölləri