Vinnipeq — Kanadanın Manitoba vilayəti ərazisində yerləşən göl. Göl Vinnipeq şəhərindən 55 km şimalda yerləşir. Kanadanın cənubunda yerləşən ən iri göldür.
Vinnipeq Kanadanın şirinsulu gölləri arasında sahəsinə görə beşinçidir. Gölün orta dərinliyi cəmi 12 metrdir. Maksimal dərinlik isə 36 metrdir. Dünyada isə sahəsinə görə 12-ci yerdədir.
Şərq hissəsində meşə sahələri geniş sahə tutur. Bu əsrarəngiz təbiət gələcəkdə YUNESCO Ümumdünya irsi siyahısına daxil edilə bilər. Şimaldan cənuba 416 km uzunluğa malikdur. Gölün hövzəsi 984200 km²-dir.
Gölə tökülən çaylar
Saskaçevan, Red-River çayı, Vinnipeq, Bladveyn, Poplar, Manitoqan, Berens, Mukutava, Blək-River çayı
Sahilində yerləşən yaşayış məntəqələri:
Qrand-Rapids Berens-River Qrand-mare Hekla Himli Cekhed-Harbir
Tarixi Belə hesab edilir ki, gölü ilk avropalı dəri taciri Henri Kesli 1690-cu ildə kəşf etmişdir. Yerli xalqın dilində wīnipēk kəlməsi «şirin sular» mənasını bilir. 1730-ci ildə isə Vinnipeq limanı salınmışdır.
Suanbarı kimi istifadəsi Göldən başlayan Nelson çayı üzərində kaskad SES inşa edilmişdir. Xüsusi ilə həvəskar balıqçılıqda istifadə edilir.
Qalereya
İstinadlar
Kateqoriya:Manitoba gölləri