Pazırıq mədəniyyəti—Dəmir dövrünə aid arxeoloji mədəniyyət.
Tarixi thumb|200px|Atlı adam thumb|200px|Pazırıq xalısı
Altay diyarında e.ə. V-III əsrlərdə dəmir dövrünə aid arxeoloji tapıntılar hesab edilən pazırıq kurqanları əsas etibarı ilə ağacı, dəri, parça, gön, xəz, metalı və insan və at cəsədlərini əhatə edən qiymətli eksponatlardır ki, alimlərin fikrincə bütün bu mədəniyyət nümunələri yalnız uzun minilliklər ərzində buz qatının altında qaldığına görə məhv olmamışdır. Böyük Ulaqan çayının sağ sahilində Pazırıq dərəsində yerləşən bu kurqanlar Balıqtuyul bölgəsində bir neçə kilometr şimala doğru uznaraq 5 əsas böyük kurqanı əhatə edir. Üstü xırda daş, çınqıl və mamırla örtülmüş bu kurqanlar özünün taxta sütunları ilə ziyarətçiıərinin diqqətini cəlb edir. Bu qiymətli və regionda bənzəri olmayan arxeoloji abidə özünü miladdan əvvələ gedib çıxan tarixi ilə tarixsevənləri təəccübləndirdiyi kimi də baxımsız və zaman-zaman coğrafi hadisələr və regionun olduca sərt təbiəti nəticəsində sıradan çıxmağı ilə onları məyus edir.
Pazırıq kurqanları ilk dəfə (Katandin kurqanı və Qazaxıstanda Berel şəhərində Pazırıq mədəniyyətinə aid olan məqbərədə yerləşən kurqan bura daxildir) 1865-ci ildə öz « donuq » qəbirləri ilə açılmışdır. Elə həmin vaxt ilk dəfə olaraq buzda donaraq dövrümüzə gəlib çıxmış paltarlar da aşkarlanmışdır. Bu kurqandan tapılan tapıntılar içərisində ən qiymətli tapıntı hazırda Moskva dövlət Tarix muzeyində sərgiyə çıxarılmış Katandin qaftanıdır. Həmin muzeydə saxlanılan digər nadir əşya isə samur xəzindən və çin ipəyindən tikilmiş və formasına görə fraka bəzədiyindən elə frak da adlanan bir eksponatdır.
İlk Pazırıq kurqanı 1929-cu ildə akademik S.İ.Rudenko tərəfindən, digər dördü isə 1947-1949-cu illərdə akademik S.İ.Rudenko və M.P.Qryaznov tərəfindən aşkarlanmışdır. Altay Skif dövrünün nadir tapıntısı olan bu kurqanlara pazırıq adı eyni adlı coğrafi əraziyə müvafiq olaraq verilmişdir. Kəşf olunmuş ilk pazırıq kurqanı skif dövrünün abidəsi olaraq 52 kv. m ərazini əhatə edir. Hündürlüyü isə 4 metrdən ibarətdir. Daş örtüyün altında olan quyu ikiqat divar, döşəmə, tavan və altı enli sütündan ibarətdir. İçərisində xırda kameralar olan bu kurqanın arakəsmələri daxildən enli lövhələr, xaricdən isə arakəsmələri xırdalanmış kiçik daşlardan ibarət olan bəndlərdən ibarətdir. Kurqanın daxili isə 300 belə orta ölçülü sütunlardan ibarətdir. Bu sütunların diametri isə təqribən 47 metrə çatır. Hündürlüyü isə 2,2 metrdir. Alimlərin fikrincə tarix boyu bu kurqanlar işğalçılar tərəfindən talan olunmuş və qiymətli metal, bəzək əşyaları dövrümüzə gəlib çıxmamışdır. Mütəxəsislərin rəyincə bu kurqanlardan dövrümüzə gəlib çatan zaman-zaman məhv olmuş üzvi əşyalar-gön dəri məmulatları , yun, taxta, sümük və parçalardan ibarət məmulatlardır. Qeyri münasib coğrafi şərait bu kurqanlara öz mənfi təsirini göstərmişdir. Belə ki, Payızda bu kurqanların daxilinə dolan çirkab suları hopmağa vaxt tapmamış, qışda o vəziyyətdə də donmuş, yayda isə tam əriməyərək, yenidən payızda yağıntı suları bura əlavə olunmuş və nəticədə dözülməz şərait yaratmışdır.
Arxoloqları hazırda narahat edən əsas məsələ bu qədim mədəniyyətin əsas hissəsini təşkil edən maddi mədəiyyətdir. Belə ki, bu cür üzvi materiallardan təşkil olunmuş eksponatlar izsiz soraqsız itib batmaqdadır. Əbədi olaraq itirilmiş nümunələr içərisində insanın « II cildi adlanan » onun qeydlərini təşkil edən parça məmulatlarıdır. Buna görə də möcüzə nəticəsində məhv olmayaraq tapılmış bu kostuymlar arxeoloji tapıntılar içərisində ən qiymətlisi hesab olunur. Miladdan əvvəl IV-III minillik tarixə malik qədim mədəniyyətə xas Dağlıq Altay zonasında aşkarlanmış (ötən əsrin 20,30-cu illəri ərzində Uluqan rayonunun Pazırıq dərəsində tapılan kurqanların adı ilə adlanan bu mədəniyyət qalıqları bu coğrafi rayonun adı ilə eyniyyət təşkil edir) «donuq » qəbirlər silsiləsi bu cür mədəniyyət nümunələridir.
XX əsrin 60-cı illərində Dağlıq Altay zonasında Pazırıq, Başadar, Tuektin ərazilərində böyük «çar kurqanları» adlanan qazıntı geyim baxımından ən kasad mədəniyyət sayılsa da ən qiymətlisi hesab olunur. Bu geyimlərin böyük bir hissəsi ya elə öz dövürlərində təcvüzə məruz qalmış ya da arxeoloji qazıntılar aparılarkən zədələndiyinə görə müasir atributasiyaya yaralı deyildirlər. Lakin hər halda salamat qalmış eksponatlardan kifayət qədər araşdırılaraq belə qənaətə gəlmək olar ki, qədim pazırıq insanı (Altay vilayətinin şimal dağlıq hissəsi) heyvandarlıqla məşğul olmuşdur.
Nəhayət, 1990-1995-ci illərdə Ukok bəndində (Altay Respulikasının Koş-Aqaçsk rayonu) tarixdə ilk dəfə olaraq 130 illik araşdırmaların nəticəsində zadəgan Pazırıq nəslindən olan və əsirlərlə buz altında qalmış qiymətli kurqanlar aşkarlanmışdır.
Tədqiqatlar nəticəsində belə məlum olmuşdur ki, qədim Pazırıq insanları yalnız iribuynuzlu mal-qara, qoyun və keçi bəsləyən insanlar olmayıb həm də mahir əkinçilər olmuşdurlar. Arxeoloji qazıntılar nəticəsində əkinçilik mədəniyyətinə xas inventarların tapılması bunu söyləməyə əsas verir. Məqbərə içərisindən tapılmış ağac gövdəsindən oyulmuş taxta məmulataları da onların oturaq həyata keçmələrindən xəbər verir. Ukok dərəsində aşkarlanmış bütün arxeoloji tapıntılar bir daha sübut etmişdır ki, üç qədim mədəniyyət bölgəsi olan Mərkəzi Asiya, Altay-Sayan, Orta Asiya mədəniyyətlərinin qovşağında yerləşən qədim Pazırıq insanı bu üç mühüm avroasiya etnogenezi mərkəzindən çox səmərəli şəkildə yararlanmışdır. Ancaq özləri də yeni mədəniyyətin formalaşmasında iştirak etmişdilər. Son arxeoloji qazıntılar həm də onu sübut etmişdir ki, qədim Pazırıq mədəniyyəti arealının episentri hazırda sərhədləri Qazaxıstan, Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonu, Rusiyanın Tuva rayonu və Monqolustanın qərbini əhatə edən coğrafi periferiya zonası hesab edilən Altay bölgəsidir. Müasir antropoloji bərpa işlərinin nəticəsindən sonra belə məlum olmuşdur ki, qədim Pazırıq insanı hündür boylu, enli boğazlı, iri alınlı, çox enli olmayan amma iti burunlu və enli kürək olmuşdular. Özündə müxtəlif etnik əlamətləri birləşdirən qədim Pazırıq adamı Asiyalı avropoid irqinə məxsusdur. Kişilər çiyinlərinə tökülən saç, qadınlar isə enli uzun hörüklərə malik idilər. Arxeoloji qazıntılar nəticəsində tapılmış Ukok şahzadəsinin tapıntısı onu deməyə əsas verir ki, Pazırıq qadını pariklərdən və kosmetik vasitələrdən istifadə etmişdir.
Dağlıq Altay ərazisinin kurqanları iri daş töküntüləridən ibarət olub, onların altında, dərin çöçəklikdə doğranmış ağac tirlərdən ibarət ikiqat qəbir kamerası tikilidir. Kameranın içərisi ( birincisi ) geniş olub, heç də böyüklüyü etbarilə yaşayış evindən geri qalmırdı. İkinci kamera nisbətən kiçik olurdu. Bu kameralar arasında xüsusi boşluq vardır. Kurqanların arasında daimi soyuqluq sahəsi yaradılmış və nəticədə kurqan altında əmələ gələn nəmişlik donur, bunun nəticəsində isə oraya qoyulmuş əşyalar başqa yerdəkilərinə nisbətən daha yaxşı qalırdı. Məhz bunun nəticəsidir ki, kurqan altı kameralarda bütün ağac qurğuları, qiymətli parçalar xalılar, yundan, tükdən və dəridən düzəldilmiş mallar, balzamlanaraq ( mumiyalanaraq ) qəbirə qoyulmuş meyit və s. olduğu kimi qalmışdır.
Məlum olmuşdur ki, bu əhali (Pazırıq kurqanlarının sahibləri) yüksək ictimai və iqtisadi inkişafa malik maldarlardan ibarət olmuş və öz mədəniyətləri, həmçinin ictimai inkişaf səviyyəsi etibari ilə qonşu sak tayfalarına daha yaxın olmuşlar.
Dağlıq Altay kuqanlarından zəngin cəvahirat, o cümlədən yad ölkələrdən gətirilmiş cah-calal qalıqları aşkar edilmişdir. Misal üçün, bu kurqanlardan Əhəməni dövrünə aid üzərində kahin təsvir edilmiş iran parçası, Hindistan sahillərindən gətirilmiş və bəbir dərisindən hazırlanmış əşyalar, bitki toxumu, balıqqulağı və s. aşkar edilmişdir.Kurqanların dəbdəbəli düzəldilməsi və onların iri ölçülü olması, həm də zənginliyi burda basdırılmış adamın mövqeyini müəyyən etməyə imkan verir. Çox güman ki, Pazırıq vadisində əsasən tayfa ittifaqlarının başçıları dəfn edilmişdir.Bu baxımdan ikinci Pazırıq kurqanı olduca maraqlıdır. Burada dəfn olunmuş adamın uzun, həm də qara boya ilə rənglənmiş saçları vardır. Onun bədəni zəngin təsvirlərlə tatuirovka edilmişdir. Onu döş hissəsinə bədəni heyvan, başı isə quş olan fantastik təsvir çəkilmişdir. Sağ əlində fantastik, qanadlı heyvan, dağ keçisi, sifətinin sonu quş dimdiyinə oxşadılmış maral, iri dişli yırtıcı və nəhayət yalı qırxılmış maral şəkli döyülmüşdür. Sibir-skif dünyasının başqa mədəniyyətlərlə əlaqəsini öyrənmək üçün Pazırıq kurqanlarında aşkar edilmiş incəsənət materiallarının böyük əhəmiyyəti vardır. Bu materiallar içərisində heyvan və quş təsvirləri mərkəzi yer tutur.
Dağlıq Altay kurqanlarının birində dörd təkərli araba tapılmışdır. Güman edirlər ki, belə arabalarda meyid aparmışlar.
Qədim Akalakın və Pazırıq kurqanları tapıntılarına görə demək olar ki, həm kişilər həm qadınların bədənləri dünyanın üç qat quruluşa malik olması haqqında rəsmlər, balıq və digər heyvanların əksi, Yer kürəsi, yırtıcını məhv etmək səhnələri, dırnaqlı heyvana hücum sujetləri, qartal, əl və barmaq təsvirləri olan döymələrlə örtülmüşdür.
Taxta sakrofaqdan olan mumlaşdırılmış qadın və kişi cəsədləri yalnız kurqanın dibində olduğundan və daim buzlaq altında qaldığına görə dövrümüzə gəlib çatmışdır. Mütəxəsislərin rəyincə bu kişi məşhur hərbçi həm də qəbilə başçısı. Qadın isə çox güman ki, onun həyat yoldaşı olmuşdur. Onların hər ikisinin kəllələrində beynlərini çıxarmaq üçün olan iri deşiklər aydın görünür. Onların bütün daxili orqanları və əzələləri də çıxarılmış və dərilərinin içi bərk sıxılmış quru otlarla doldurulmuşdur. Bu cəsədlərin sonda hamar at tükü ilə tikilməsi bu tapıntıların dövrümüzə gəlib çıxmasını şərtləndirən əsas amillərdəndir. Bu sakrofaqlardan cəngavərin işlətdiyi hərbi əşyalar, alçaq boylu monqol atlarının qalıqları da tapılmışdır.
Kurqanların birinin içərisindən isə ümumi sayı 10 olan və ağızlarına böyük məharətlə maska tikilmiş 4 at qalıqları diqqəti cəlb edir. Sonuncu V Pazırıq kurqanında isə arxeoloqlar çox yaxşı vəziyyətdə dövrümüzə qədər gəlib çımış fars xalçası aşkarlamışdır. Qonşu kurqanda isə yerli istehsal olduğu güman olunan və üzərində at belində atlı təsvir ounmuş nəfis xalça da tapılmışdır. Bütün bu məmulatlar onu bir daha sübut edir ki, mədəniyyətinin yüksək zirvəyə çatdığı skif dövlətinə xas pazırıq adamının nəyinki yaxın Çin dövləti hətta uzaq Persiya və başqa dövlətlərlə ticari əlaqələri olmuşdur. Təxminən hər bir kurqanın içərisindən bir zamanlar Fars körfəzi üçün xarakterik edilən müxtəlif ədviyyat otlarının və balıqqulağından ibarət bəzək, zinət əşyalarının tapılması ticari münasibətlərdə sıx əlaqə olduğunu göstərir.
Pazırıq kurqanında ən dəyərli hesab edilən və salamat aşkarlanan bəzi eksponatlar hal-hazırda Sankt-Peterburqun Ermitaj muzeyində skif-sarmat mədəniyyəti nümunələri nümayiş olunan 7 əsas zalda təqdim olunur. Bu zallarda qonşu bölgələrdən olan ümumsibir mədəniyyəti abidələrindən hesb edilən Şimali Priçernomoriya, Minusin və digər mədəniyyət nümunələri də nümayiş olunur. Bütün bu qonşu bölgələrin vahid mənəvi yaradıcı xüsüsiyyətləri onların eyni mənşəli milliyyətə mənsub olmalarından xəbər verir. Eyni mənşəli və eyni dövrə mənsub tapıntılar Biysk və Dağlıq Altayın diyarşünaslıq muzeyində böyük əksəriyyət təşkil edir.
Alimlər böyük təəssüf hissi ilə qeyd edirlər ki, qışda temperaturun çox aşağı olduğu bu bölgələrdə yıtıcı heyvanlardan olan canavar, tülkü və s. sığınacaq mənbəyi kimi kurqanlarda daldalanmış, bəzi üzvi məmulatları zədələmiş, insanlar isə taxta sütunlardan yanacaq mənbəyi kimi istifadə edərək, bənzəri olmayan və gələcəkdə unikal eksponat hesab olunacaq bir çox tapıntıları əbədi olaraq məhv etmişlər.