İmran Əhməd Xan Niyazi (; ) — Pakistanlı siyasətçi, keçmiş kriket oyunçusu, xeyriyyəçi, kriket oyunu üzrə icmalçı və Bredford Universitetinin sabiq rektoru. O, həmçinin Şövkət Xanımın Xatirəsinə Xərçəng Xəstəxanasının (; ) və Mianvalidə Namal Kollecinin əsasını qoyub. İmran Xan XX əsrin son 20 illiyində beynəlxalq kriket oyunçusu olub. Karyerasını bitirdikdən sonra siyasətlə məşğul olmağa başlayıb. 2018-ci ilin avqustundan 2022-ci ilin aprelinə qədər Pakistanın 22-ci baş naziri vəzifəsində çalışıb.
1996-cı ildə Xan Pakistan Təhrik-i İnsaf siyasi partiyasının əsasını qoyaraq özü onun ilk sədri olur. O, 2002-ci ilin noyabrından 2007-ci ilin oktyabrına kimi Pakistan Milli Məclisində Mianvali seçki dairəsinin millət vəkili seçilib. 2013-cü ildə Pakistanda parlament seçkiləri zamanı onun partiyası Milli Məclisdə 35 yer qazanıb. GlobalPost jurnalı onu 2012-ci lin doqquz lideri siyahısında üçüncü olaraq göstərib. Qeyri-kommersiya təşkilatı olan "Asia Society"ə görə, Xan 2012-ci ildə Asiyada "İlin Adamı" seçilib. 2023-cü ildə üç il müddətinə azadlıqdan məhrum edilib. 5 il müddətinə siyasi vəzifə tutmağı və seçkilərdə iştirakı qadağan olunub.
2025-ci il dekabr ayında Pakistan Korrupsiya Məhkəməsi İmran Xan Toşaxan-2 korrupsiya işi üzrə 17 il olmaqla həbs cəzasına məhkum edib.
İstinadlar
Kateqoriya:Pakistanda siyasi partiyaların liderləri Kateqoriya:Pakistan siyasətçiləri Kateqoriya:Pakistan baş nazirləri Kateqoriya:Erməni soyqırımının inkarçıları