FCİ Tallin (İnfonet Tallin Futbol Klubu) — Tallin şəhərinin Lasnamae ərazisini təmsil edən və hal-hazırda Meystriliqada mübarizə aparan peşəkar Estoniya futbol klubudur.

Klub 2002-ci ildə təsis edilmişdir. Klubu 2013-cü il mövsümündən etibarən Meystriliqada çıxış edir və heç vaxt Estoniyanın birinci diviziyasına enməmişdir.

Tarixi İnfonet 29 yanvar 2002-ci ildə təsis edilmişdir. 2011-ci il Esiiliqadakı (İkinci Diviziya) çıxışından sonra Bersi və Atletik klubları ilə birləşdirilmişdir. Komandaya baş məşqçi kimi Aleksandr Puştov gətirilir. İnfonüt 2011-ci ildə Esiiliqada ikinci yeri tutur və pley-offa vəsiqə qazanır. Lakin pley-offda Kuressaare klubuna 1-5 hesabı ilə məğlub olaraq Premyer Liqaya vəsiqə qazana bilməmişdir. İnfonet 2012-ci ildə Esiiliqanın qalibi olur və Meystrilliqaya vəsiqə qazanır. İlk mövsümdə Estoniyanın Əsas Liqasında 6-cı yeri tutur.

Klub 13 iyul 2015-ci ildə 2015-16 Estoniya Kuboku mövsümündə həvəskar komanda olan Virtsu klubunu 36-0 hesabı ilə məğlub edərək Abroat klubunun 130 illik rekordunu yeniləmişdir.

İnfonet Avropada debütünü 2016-17 UEFA Avropa Liqasında etmişdir. Lakin klub birinci təsnifat mərhələsində Hart of Midlotian klubuna ümumilikdə 3-6 hesabı ilə məğlub olaraq turnirlə vidalaşmışdır.

İnfonet 2016 Meystriliqada 80 xal toplayaraq turnirin qalibi olmuşdur.

Uğurları

Liqa Meystriliqa Çempion (1): 2016 Esiiliqa Çempion(1): 2012 İkinci(1): 2011

Kubok Estoniya Kuboku Çempion (1): 2016-17 Estoniya Superkuboku Çempion (1): 2017

Oyunçular

Əsas komanda 4 mart 2017-ci il məlumatlarına əsasən.

Reserv və akademiya

Şəxsi heyət

Hal-hazırkı texniki heyət MövqeAdıMəşqçi Aleksandr PuştovMəşqçi köməkçisi Sergey BraginQapıçıların məşqçisi Oleq Andreyev

Məşqçilərin tarixi MəşqçiKaryera Andrey Borissov2011 Aleksandr Puştov2011–

Statistika

Liqa və Kubok MövsümDiviziyaBombardirKubok2006 IV liiqa 1 15 12 1 2 7014 +56 37 2007III liiqa 5 22 11 4 7 6846 +22 37 Vadim Talama (14)Birinci raund2008 III liiqa 7 20 7 3 10 3646 –10 24 Birinci raund2009 III liiqa 1 22 21 1 0 11328 +85 64 Aleksandr Altosar (31)İkinci raund2010 II liiqa 2 24 18 1 5 7832 +46 55 Nikolay Qlebov (18)Dördüncü raund2011 Esiliiqa 2 36 19 11 6 10147 +54 68 Maksim Rotskov (40)Üçüncü raund2012 Esiliiqa 1 36 26 5 5 9433 +61 83 Manuço (31)Üçüncü raund2013 Meystriliiqa 6 36 10 8 18 36 56 –20 38 Manuço (6)Dördüncü raund2014 Meystriliiqa 5 36 19 9 8 80 44 +36 66 Manuço (30)Yarımfinal2015 Meystriliiqa436171185032 +1862 Vladislavs Kozlovs (12)Dördüncü raund2016Meystriliiqa Üçüncü raund

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:Estoniya futbol klubları