() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür ().

Adı Növün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus "meşə", və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür.

Xarici görünüşü Xarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər. Qoralın uzunluğu 106–118 sm, hündürlüyü 75 sm, çəkisi — 32–42 kq-dır. Quyruğu 13–18 sm-dir. Erkəklər və dişilər qara rəngli və iti buynuza malikdir. Buynuzu 13–18 sm uzunluğa malikdir. Qışda tükləri uzun və sıx olur. Yay ayları isə qısa və seyrək olur.

Törənməsi Qoral Seroudan (Capricornis sumatraensis) törəməsi və onunla ümumi kökə malikdirlər.

Yayılması Bu növ əsasən Himalay, Şərqi Tibet, Birmanın dağlıq hissələrində, Çin (Siçuan, Yonnan, Şansi), Pakistan, Hindistan, Nepal və Butan ərazilərində yayılmışdır.

Həyat tərzi Tipik dağ heyvanıdır. Qayalıqlar üzərində, dağ meşəliklərində və hündürlüyü 4000 m olan ərazilərə yayılırlar.

İstinadlar

Ədəbiyyat Grubb, P. Review of Family-Group Names of Living Bovids. Journal of Mammalogy. 2001. Vol. 82, No. 2 pp. 374–388 abstract

Həmçinin bax

Kateqoriya:Pakistan məməliləri Kateqoriya:Hindistan məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər