Vitorul Konstanta FK — 2009-cu ildə yaradılmış Rumıniyanın peşəkar futbol klubudur. Hal-hazırda Liqa I-də mübarizə aparır. 2010-11 mövsümündə Liqa II-dən ikinci dəfə birinci liqaya vəsiqə qazandı. Əvvəlcə klub Liqa III-ü birinci yerdə başa vurmuş və 2009-10 mövsümündə Seria II-ə vəsiqə qazanmışdır. Klub 2 iyun 2012-ci ildə Saqeata Navodari klubunu 2-0 məğlub etdikdən sonra Birinci Liqaya vəsiqə qazandı.

Tarixi Klub CS Ovudiudan ləkə götürüldükdən sonra 2009-cu ilin yay ayında yaradılmışdır. Klub miqyasında tanınan beynəlxalq rumıniyalı futbolçu George Haciyə məxsusdur Klub İngiltərədə 'Gələcəyin Futbol Klubu' kimi tanınır. Klub Rumıniyanın istedadlı gəncələrindən təşkil olunmuşdur. Klub ölkədə ən yaxşı gənclərdən ibarət obyekt hesab olunur.

2009-10 mövsümü Klub mövsümün 33-cü turundan sonra Rumıniya Liqa II-də ciddi riyazi irəliləyişə səbəb oldu. Klub mövsümün sonuna az qalmış ACS Berceni klubu ilə ciddi rəqabətə başladı.

2011-12 mövsümü Klub Liqa II-ni birinci yerdə başa vurdu və Rumıniyanın əsas liqasına — Liqa I-ə vəsiqə qazandı. Klub keçirtdiyi 30 oyunda 19 qələbə qazandı, 4 heç-heçə etdi və 7 dəfə məğlub oldu. Ümümulikdə klub 89 qol vurdu.

2012-13 mövsümü Klub Liqa I-i 13-cü yerdə başa vurdu. Klub diviziyada keçirtdiyi ilk mövsümdə 8 qələbə qazandı, 12 heç-heçə etdi və 13 dəfə məğılub oldu. Ümumilikdə klub 36 xal topladı. Onlar Rumıniya çempionu Styauanı 5-2, keçmiş çempion Dinamonu isə 3-2 hesabı ilə qalib gəlib liqada öz yerini qorudu.

Stadion 2009-2012-ci illər ərzində Vitorul Liqa III və Liqa II-də mübarizə apararkən öz ev oyunlarını Ovidiuda yerləşən yerli stadionda keçirirdi. Klub Liqa I-ə vəsiqə qazandıqdan sonra ilk 3 ev oyununu Qalatidə yerləşən Otelul stadioununda keçirdi. Sonra isə 15000 tamaşaçı tutumuna malik, Konstantada yerləşən Farul Stadionunda oynamağa başladılar.

2013-cü ilin yayında klub öz ev oyunlarını Kyajnada yerləşən Konkordia stadionunda keçirdi.

2015-ci ilin yayında klub öz ev oyunlarını Ovidiuda yerləşən Vitorul stadionunda keçirtməyə başladı.

Uğurları

Daxili

Liqa 20pxLiqa II İkinci (1): 2011–12 20pxLiqa III Çempion (1): 2009-10

Digər nəticələr Liqa I-də çıxışları: 4 Liqa I-də ən yaxşı çıxışı: 5/14 — 2015-16 mövsümündə Kupa Liqiidə çıxışı: 2 2013-14 Rumıniya Kubokunun 1/4 finalçısı 2014-15 Rumıniya Kubokunun 1/4 finalçısı və 2015-16 Rumıniya Kubokunun iştirakçısı

Hazırkı heyət 30 may 2016-cı il məlumatlarına əsasən.

Kirayə

Avropa çıxışı Mövsüm Turnir Raund Rəqib Ev Səfər Ümumi 2016–17 UEFA Avropa Liqası 3Q – – –

Klub rəsmiləri

Direktorlar RolAd Sahib George Haci Prezident Pavel Peniu Vitse-Prezident Konstantin Stamate Vitse-Prezident Nekulai Tanaşa Əsas Direktor Kristian Bivolaru İdman Direktoru Zoltan İasko

İndiki texniki heyət oktyabr 2014-cü il

RolAd Baş məşqçi George Haci Köməkçi məşqçi Katalin Angel Köməkçi məşqçi Kristian Sava Qapıçı məşqçisi Mihai Nadaban Fitnes məqçisi Roberto Berruero

Baş məşqçilər Katalin Angel (Dek 16, 2009–Avq 30, 2013) Boqdan Vintilya (Sent 12, 2013–İyun 27, 2014) Boqdan Stelea (İyul 1, 2014 – Avqust 19, 2014) Boqdan Vintilya] (Avqust 19, 2014–Okt 13, 2014)

İstinadlar

Kateqoriya:Rumıniya futbol klubları