Yuri Lossmann () — Estoniyalı yüngül atlet. Yuri Lossmann 1920-ci ildə Antverpen şəhərində baş tutan V-ci Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır.

Həyatı

Yuri Lossmann 4 fevral 1891-ci ildə Estoniyanın Kabala şəhərində anadan olmuşdur.

Karyerası

Yuri Lossmann 1920-ci ildə Belçikanın Antverpen şəhərində baş tutan V-ci Yay Olimpiya Oyunlarının yüngül atletika yarışlarında iştirak etdi. Yuri Lossmann marafon yarışlarında 2 saat 32 dəqiqə 35 saniyə nəticə ilə yalnızca Finlandiya idmançısından geri qalaraq 1920 Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.

4 ildən sonra isə Yuri Lossmann VI-cı Yay Olimpiya Oyunlarında Parisdə karyerasının sonuncu Olimpiadasında mübarizə apardı. Bu səfər Yuri Lossmann marafon yarışlarını 2 saat 57 dəqiqə 54 saniyə nəticə ilə 10-cu yerdə başa vurdu.

Yuri Lossmann 1 may 1984-cü ildə 93 yaşında İsveçin Stokholm şəhərində dünyasına dəyişdi.

Xarici keçidlər

Yuri LOSSMANN

İstinadlar

Kateqoriya:1920 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:1924 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:1920 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Estoniya idmançıları