Məmmədov Akif Güləli oğlu () — dilçi, metodist, pedaqoq. Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasının dosenti, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dilçilik və Azərbaycan dilinin tədrisi metodikası üzrə mütəxəssis.
Həyatı 17 may 1953-cü ildə Lerik rayonunda anadan olmuşdur. 1970-ci ildə orta təhsilini başa vurub, 1971–1975-ci illər arasında V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitunun (indiki ADPU) Filologiya fakültəsində oxuyaraq oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1975–1981-ci illərdə Puşkin rayonunda (indiki Biləsuvar rayonu) ixtisası üzrə işləmişdir. 1981–1990-cı illərdə Bakıdakı Respublika internat-məktəbində müəllim, 1990–1991-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (İndiki Təhsil Problemləri İnstitutu) professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi Azərbaycan dilinin tədrisi şöbəsində baş elmi işçı kimi çalışmışdır. 1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalında şöbə müdiri vəzifəsində çalışmışdır.
1987-ci ildə professor Bəşir Əhmədovun rəhbərliyi altında "Orfoqrafiya təlimində etimoloji təhlildən istıfadə (V–VIII siniflərin materialları əsasında)" adlı dissertasiya müdafiə edərək Azərbaycan dilinin tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.
1993–1995-ci illərdə "Futuroloq" Fasiləsiz Təhsil Kompleksində, 1993–2001-ci illərdə M. F. Axundov adına APRDƏİ-də (indiki Bakı Slavyan Universiteti) baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1991–1994-cü illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda ixtisaslaşmış müdafiə şurasının üzvü olmuşdur.
1996–1998-ci illərdə "Mütərcim" jurnalında məsul katib və redaktor olmuşdur. 1995-ci ildən indiyə kimi "Turan" humanitar liseyində (indi BSU-nun Məktəb-Lisey Kompleksi) bir müddət direktor müavini, sonralar Azərbaycan dili və ədəbiyyat müəllimi, fənn metodbirləşməsinin sədri işləmişdir. Hazırda həmin kompleksdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiridir.
1992-ci ildən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunda Azərbaycan dili müəllimlərinə mühazirələr oxuyur.
2007-ci ildən BSU-nun Müasir Azərbaycan dili kafedrasının dosentidir.
1977-ci ildə ailə həyatı qurmuşdur, iki oğlu, üç nəvəsi var.
11 iyun 2017-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Fəaliyyəti Akif Məmmədov elmi yaradıcılığa 1987-ci ildə başlamışdır. Onun yaradıcılığı Azərbaycan dilçiliyi, Azərbaycan dilinin tədrisi metodikası və pedaqogika elmi ilə bağlıdır. Onlarla elmi-metodik məqalənin, bir neçə monoqrafiyanın, metodik vəsaitin, tövsiyənin müəllifi, "Mütərcim" nəşriyyatında uzun müddət çap olunan onlarla kitabın, "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalında 1992–2007-ci illərdə Azəərbaycan dili və onun tədrisi ilə bağlı dərc edilən məqalələrin redaktoru, BSU-nun Azərbaycan dili kafedrasının ali məktəblər üçün hazırladığı eksperimental "Azərbaycan dili" dərsliyinin ixtisas redaktoru və əsas müəlliflərindən biridir.
1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalında Azərbaycan dili şöbənin müdiri vəzifəsində çalışmış, jurnalda dilin nəzəri və metodik aspektlərini əks etdirən ayrı-ayrı müəlliflərin məqalələrində A. Məmmədovun bir redaktor kimi dəst-xəttini aydın görmək olar. A. Məmmədov jurnalda işlədiyi müddətdə, demək olar ki, hər nömrədə Azərbaycan dili müəllimlərinin qabaqcıl təcrübəsinin yayılmasına ("Bir dərsdən öyrəndiklərimiz", "Bir dərsin uğuru", "Müasir dərs ciddi hazırlıq tələb edir" və s.); Azərbaycan dilinin nəzəri problemlərinə ("Qoşma idarə edirmi?", "Məktəblinin etimoloji lüğəti", "Müəllim nəyə istinad etməlidir?", "Bədiiliyin fonetik səviyyədə ifadəsi", "İstəyirəm sübut edəm ki…", "Dərsliklərdə leksik və qrammatik şəkilçilərin sərhədinə dair", "Nitq hissəsi ilə söz arasında bərabərlik işarəsi qoymaq olarmı?" və s.), dildə nisbətən çətin tədris olunan mövzuların metodikasına ("Qrammatik sual təlimdə vasitə kimi", "Azərbaycan dili dərslərində interaktiv təlim metodları", "Günahkar kimdir?", "Etimoloji xarakterli səhvlər və onların aradan qaldırılması", "Etimoloji təhlil linqvistik təhlilin növlərindən biri kimi" və s.) həsr edilmiş yazıları ilə çıxış edir. Jurnalın ən maraqlı rubrikası olan "Suallara cavab"ı da A. Məmmədov aparmış, ən çox orta məktəb müəllimlərinin qarşısına çıxan nəzəri və praktik çətinliklərdən yaranan suallara ətraflı cavablar vermişdir.
BSU-nun respublikada Məktəb-Lisey Kompleksinin yaranmasında fəal iştirak etmiş, Kompleksin ilk direktor müavini və müəllimlərindən biri olmuşdur. . "Mütərcim" ədəbiyyat və tərcümə jurnalının nəşrinə böyük köməklik göstərmiş və ilk məsul katibi olmuşdur.
Akif Məmmədov qələmini publisistika sahəsində də sınamışdır. Cəmiyyət həyatının müxtəlif sahələrinə, o cümlədən daha çox bələd olduğu məktəb, təhsil, maarif sahəsinə aid yazdığı publisist və elmi-publisist məqalələri dilinin aydınlığı, mövqeyinin kəskinliyi və üslub aydınlığı ilə seçilir. XX əsrin 90-cı illərindən başlayan siyasi durumun cəmiyyətdə özünü göstərən neqativ əks-sədası bu yazılarda ustalıqla və bir qədər də satirik dillə təhlil edilir. Yaltaqlıqla mövqe qazanmaq ("Yaltaqlıq"), bütün cəmiyyətə, o cümlədən nisbətən təmiz qalan orta məktəblərə belə rüşvətin sirayət etməsi ("Orta məktəbdə rüşvət – bu, dövrün bəlasıdır"), müəllimlərin attestasiyasında yol verilən neqativ hallar ("Gündə bir çıxarır zakoni-tazə"), islami dəyərlərin orta məktəbə gətirilməsi adı altında boş kompaniyaçılıq ("İslami biliklər məktəbə gəlir. Amma necə?"), özəl ali məktəblərdə tədrisin vəziyyəti ("Təhsildə özəlləşmə. Vəziyyət necədir?") və s. aktual problemlər A. Məmmədovun publisist yazılarının əsas mövzuları olmuşdur.
Onlarla dərslik, vəsait və ali məktəb proqramının, yüzdən çox elmi, metodik və publisistik məqalənin müəllifidir. Mətbuatda həyat və fəaliyyətinə aid məqalələr dərc olunmuşdur.
Dərslik, dərs vəsaiti, metodik tövsiyə və proqramları Orfoqrafiya təlimində etimoloji təhlildən istifadənin yolları (metodik tövsiyə) – Bakı,1986 V–XI siniflərdə Azərbaycan dilindən proqram materiallarının bölgüsü – Bakı, 1993 Azərbaycan dili və ədəbiyyatdan testlər – Bakı, 1996, 104 səhifə Azərbaycan dili. Ümumtəhsil məktəblərini Azərbaycan dilində bitirmiş ali məktəb tələbələri üçün eksperimental dərslik), I kitab, Bakı – 1997 (kollektivlə) Azərbaycan dili. Ümumtəhsil məktəblərini Azərbaycan dilində bitirmiş ali məktəb tələbələri üçün eksperimental dərslik), təkmilləşdirilmiş ikinci nəşri, Bakı — 2005 (kollektivlə), 232 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/azerbaycan-dili.pdf "Azərbaycan dilinin tədrisi metodikası" fənni üzrə proqram (bakalavr hazırlığı üçün), Bakı – 2008 "Orfoqrafiya təliminin elmi əsasları" seçmə fənni üzrə proqram (magistr hazırlığı üçün), Bakı – 2008 "Azərbaycan dili dərslərində etimoloji təhlilin yeri" seçmə fənni üzrə proqram (magistr hazırlığı üçün), Bakı – 2008 X sinifdə Azərbaycan dilinin tədrisi (metodik tövsiyə), Bakı – 2012, 84 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/x-sinifde-azerbaycan-dilinin-tedrisi.pdf "Azərbaycan dilinin tədrisi metodikasının aktual problemləri" fənni üzrə proqram (magistr hazırlığı üçün), Bakı – 2012, 12 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/proqram.pdf "Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri" fənni üzrə proqram (magistr hazırlığı üçün), Bakı – 2012, 8 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/magistr-proqrami.pdf Azərbaycan dili dərslərində etimoloji təhlil. Bakı, Magistr pilləsi, Azərbaycan dili və ədəbiyyatı tədrisi metodikası və metodologiyası ixtisas üzrə dərs vəsaiti, Bakı, "Mütərcim" nəşriyyatı, 2014, 84 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/azerbaycan-dili-derslerinde-etimoloji-tehlil.pdf Azərbaycan dilinin tədrisi metodikası. Bakalavr pilləsi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə proqram. Bakı – 2015, 44 səhifə Azərbaycan dili dərslərində etimoloji təhlilin yeri (seçmə fənn). Magistr pilləsi, Azərbaycan dili və ədəbiyyatı tədrisinin metodika və metodologiyası ixtisası üzrə proqram. Bakı – 2015, 16 səhifə Orfoqrafiya təliminin elmi əsasları (seçmə fənn). Magistr pilləsi, Azərbaycan dili və ədəbiyyatı tədrisinin metodika və metodologiyası ixtisası üzrə proqram. Bakı – 2015, 16 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/proqram_orfoqrafiya_teliminin_elmi_esaslari_secme_fenn.pdf Müasir Azərbaycan dili fonetikasının əsasları. Magistr pilləsi, Azərbaycan dilinin filologiyası və ədəbiyyatı tədrisinin ixtisası üzrə proqram. Bakı – 2016, 22 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/fonetika-proqram.pdf Azərbaycan dili və nitq mədəniyyəti. Bakalavr təhsil pilləsi üzrə proqram. Bakı – 2017, 18 səhifə
Seçilmiş jurnal məqalələri Törəmə sadə sözlər haqqında" ("Azərbaycan dili və ədəbiyyat tədrisi", 1980, № 1, səh. 50–53) https://gmworldbook.files.wordpress.com/2023/01/toreme-sade-sozler-haqqinda.pdf Düzgün yazı təlmində etimoloji təhlildən istifadə ("Azərbaycan dili və ədəbiyyat tədrisi", 1981, № 4, səh. 48–53) https://gmworldbook.files.wordpress.com/2023/01/duzgun-yazi-teliminde-etimoloji-tehlilden-istifade.pdf Etimoloji təhlil linqvistik təhlilin növlərindən biri kimi ("Azərbaycan dili və ədəbiyyat tədrisi", 1983, № 2, səh. 29–33) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/etimoloji-ted2bblil-linqvistik-ted2bblilin-novlerinden-biri-kimi3.pdf Şagirdlərdə orfoqrafik normaların tarixiliyinə dair təsəvvürlərin formalaşdırılmasına dair ("Azərbaycan dili və ədəbiyyat tədrisi", 1984, № 3, 40–43) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/sagirdlerde-orfoqrafik-normalarin-tarixiliyine-dair-tesevvurlerin-formalasdirilmasi-haqqinda.pdf Etomoloji xarakterli səhvlər və onların aradan qaldırılması yolları ("Azərbaycan dili və ədəbiyyat tədrisi", 1986, № 1, 17–20, Ş. Qaralovla) https://gmworldbook.com/wp-content/uploads/2023/02/etimoloji-xarakterli-orfoqrafik-sehvler-ve-onlarin-aradan-qaldirilmasi-yollari.pdf Məktəblinin etimoloji lüğəti" ("Ana sözü", 1991, № 2, səh. Ş. Qaralovla) https://gmworldbook.com/wp-content/uploads/2023/04/Mekteblinin-etimoloji-lugeti.pdf Məktəblinin etimoloji lüğəti ("Ana sözü", 1991, № 4–6, səh. 81–84, Ş. Qaralovla) https://gmworldbook.com/wp-content/uploads/2023/04/Mekteblinin-etimoloji-lugeti-2.2.pdf "Problemləri birgə həll etmək lazımdır" ("Ana sözü", 1991, № 9–10) Problemlər, vəzifələr… ("Ana sözü", 1991, № 11–12) Suallar və cavablar ("Ana sözü", 1992, № 1–2) https://gmworldbook.com/wp-content/uploads/2023/03/suallar-ve-cavablar.pdf Müəllimin əsas silahı ("Ana sözü", 1992, № 3–4) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/muellimin-esas-silahi.pdf Günahkar kimdir? Və ya dilimizi niyə öyrədə bilmirik? ("Ana sözü", 1993, № 1–6) https://gmworldbook.com/wp-content/uploads/2023/04/Gunahkar-kimdir-ve-ya-dilimizi-niye-oyrede-bilmirik.pdf Dərslər, müşahidələr, mülahizələr ("Ana sözü", 1991, № 7–8) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/dersler-musahideler-mulahizeler1.pdf Qiymət normaları bu günün gözü ilə ("Ana sözü", 1995, № 1–6) Test… test… test ("Ana sözü", 1995, № 1–6) "Qoy məktəbli mübahisə mədəniyyətinə yiyələnsin" ("Ana sözü", 1996, № 2) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/qoy-mektebli-mubad2bbise-medeniyyetine-yiyelensin.pdf Dərslikərdə leksik və qrammatik şəkilçilərin sərhədinə dair ("Ana sözü", 1996, № 4) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/derslerde_leksik_ve_qrammatik_sekilcilerin_serhedi.pdf Nitq hissəsi ilə söz arasında bərabərlik işarəsi qoymaq olarmı? Və ya şagirdi çaşdıran nədir? ("Ana sözü", 1996, № 4) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/nitq-d2bbissesi-ile-soz-arasinda-beraberlik-isaresi-qoymaq-olarmi.pdf Öyrədən və düşündürən dərslik ("Ana sözü", 1996, № 5) https://gmworldbook.com/wp-content/uploads/2023/05/Oyreden-ve-dusunduren-derslik.pdf