Zaur Şəfiyev () — aktyor, rejissor asistenti, prodüser, səs aktyoru, mətn oxuyan.
Həyatı Zaur Şəfiyev 1980-ci il dekabrın 9-da Bakı şəhərində anadan olmuşdur. Birinci sinfə Xətai rayonu 59 saylı orta məktəbində getmiş, daha sonra təhsilini Nizami rayonu 215 saylı məktəbdə davam etdirmiş və 1997 ci- ildə 245 saylı məktəbdən məzun olmuşdur. Daha sonra Xəzər Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. Sonra Rüstəm İbrahimbəyovun kino məktəbində kinoprodüser fakültəsində təhsil almış, İbrus Teatrında aktyor kimi işləmişdir. İlk rolu Rüstəm İbrahimbəyovun Molyerin Tartüf pyesi əsasında Azərbaycan adına uyğunlaşdıraraq səhnəyə qoyduğu tamaşada olub.
Zaur Şəfiyev bir sıra seriallarda, filmlərdə və qısametrajlı filmlərdə çəkilmışdir. Qısametrajlı filmlərindən biri ilə Kann kinofestivalında iştirak etmişdir.
Aktyor 2012–2013-cü illərdə Azərbaycan və Gürcüstan kinematoqraflarının birgə istehsalı olan serialda çəkilmiş, serial əvvəlcə Fuad və Nene olaraq adlandırılmış, daha sonra isə Əli və Teo olaraq dəyişdirilmişdir. Serial 2014-cü ilin sonlarında Lider TV-də yayınlanmışdır. 16 bölümdən ibarət olan serial 2016-cı ildə YouTube kanalında rus dili versiyasında paylaşılmışdır.
2013-cü ildə Almaniya, Ukrayna, Gürcüstan, Bolqarıstan istehsalı olan Ursus filmində Tələt rolunda çəkilmişdir. Filmin dünya üzrə premyerası 2019-cu ile planlaşdırılır.
2017-ci ildə Reproduktiv Sağlamlıq çərçivəsində Yarı yolda qoyma reklamında oynayan aktyor, hal – hazırda ARB kanalında yayımlanan Sarı gəlin adlı serialda Oğuz rolunda çəkilir.
Son oynadığı qısametrajlı film Не кино'nun təqdimatı 3 iyul 2018-ci ildə Yarat mərkəzində keçirilmişdir.
Teatr tamaşaları Yeddi pokırvalın rəqsi — Azərbaycan Dövlət Rus Dram Teatrı — 2009 (Narbat) Квартиранты ада — 2009 Tartüf — 2010 (Gənc adam) Karamazov qardaşları — 2010 (Qaraçı, hakim)
Filmoqrafiya Film İl Ad Rolu Qeyd 2010 Biz sizə müharibə elan edirik Alvi 2010 Qardaşdan yaxşısı yox imiş 2012 Sübhün səfiri Xasay Usmiyev 2012 Gil Qot/Elsevər Qəribov Qısametrajlı film 2013 Qorxma, mən səninləyəm! 1919 Murad2016 Pərdə Emin Xeyr, daha doğrusu, bəli AlikQısametrajlı film Whirligig Hamıya qarşı Səsləndirmə 2015 Ursus Tələt2017 İkinci pərdə Uptown & Out Mike Qısametrajlı film Bəd Santa 2 Səsləndirmə 2018 He кино Qısametrajlı film Serial İl Ad Rolu Qeyd 2011 Qaranlıqlar çiçəyi Cavid 2012 Sirr Emil 2012 3 bacı Badcio 2013 Həyat sən nə qəribəsən? Tunar Xanlarov 2014 Əli və Teo Əli 2015 Oğurlanmış arzular Kənan 2018 Sarı gəlin Oğuz
Oynadığı kliplər İl Müğənni Albom Klip 2016 Röya Darıxdım2012 Miri Yusif Məktub
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1980-ci ildə doğulanlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:9 dekabrda doğulanlar Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Teatr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları