Tolbaçik — Kamçatkanın ərazisində yerləşən vulkanik massiv, Klyoçev vulkanları qrupunun cənub-qərbində yerləşir. Bölgədə beş yaşayış məntəqəsi vardır. Klyoçi, Mayskoe, Kozırevsk, Lazo və Atlasovo kimi yaşayış məntəqələrində ümumilikdə 8,1 min nəfər insan yaşayır. Petropavlovsk-Kamçatski şəhərindən 343 km aralıda yerləşir.

Vulkanın hündürlüyü 3682 metrdir. Stratovulkanın tərkibinə Ostrıy Tolbaçik (3682 m) və Ploski Tolbaçik (3140 m) adlı iki vulkan krateri yerləşir. Ostrıy Tolbaçik sönmüş stratovulkandır və zivəsi dağılmiş formadadır. Ploski Tolbaçik isə stratovulkan olmaqla yanaşı aktivdir və zirvəsində iki kaldera vardır. İri kalderanın diametri 3 km-dir. Kiçik kalderanın diametri isə 1,8 km təşkil edir. Kraterik dərinliyi 400 metrdir. Burada 1975-76-cı illər ərzində vulkan püskürməsi baş vermişdir.

Aktivlik thumb|280px Vulkanın püskürməsi 1740, 1769, 1788—1790, 1793, 1904, 1931, 1939—1941, 1954, 1975—1976-cı illərə təsadüf edir. Bəzi hallarda mərkəzi kalderada püskürmələr və ya lava gölləri müşahidə edilmişdir. 1940-cı ildə 1950 metr yüksəklikdə güclü partlayış baş vermişdir. thumb| Yeni çat püskürməsi 27 noyabr 2012 ildə təsadüf edir. Kalderadan bir necə km aşağıda 5 km uzunluğunda çat əmələ gəlmişdir. 1940-cı ildəki püskürmə yerindən Krasnıy konusuna qədər uzanır. 29 noyabr 2012-ci ildə püskürmə qırmızı həyəcan elan edilmişdir. Lava axınları «Kamçatka Vulkanları» təbiət bazazını ağuşuna alır. 4 dekabrda püskürmə davam edir. Güclü titrəyişlər və hündürlüyü 4 km olan kül dumanları göyə qalxır. Yuxarı mərkəzdə aktivlik azalır. Buna qədər artıq 9 km uzunluğu olan lava çayı əmələ gəlmişdi. Cənub çatında isə aktivlik davam etmişdirНачало нового трещинного Толбачинского извержения на Толбачинском Долу Вестник КРАУНЦ: Науки о Земле. 2012. № 2 17-18 dekabrda konus partlama həddinə gəlir. Mütəxəsislərin fikirinə görə püskürmə hələ uzun müddətli olacaqdır.

İstinadlar

Mənbə

Tolbachik at Global Volcanism Program Плоский Толбачик Большое трещинное толбачинское извержение Volcano Live Толбачинская группа вулканов Tolbaçikdə baş verən fotoreportajlar Камчатский туристический портал — вулкан Плоский Толбачик «Пекло». ТВ Центр Специальный репортаж. Kateqoriya:Asiya dağları Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Rusiyadakı stratovulkanlar