Aşıq Rəcəb () — Dərbənd aşıq mühitinin yetirmələrindən biri, ustad aşıq kimi tanınmış sənətkardır.
Həyatı Aşıq Rəcəb Ehraqlı 1825-ci ildə Samur bölgəsinin kəndlərindən olan Rutulun Əhrak kəndində anadan olmuş, ömrünün çox hissəsini bu kənddə keçirmişdir.
Dərbənd, Quba, Samur və ətraf bölgələrdə "Haqq aşığı", "Kor aşıq" adları ilə kimi şöhrət qazanmışdır. Şeirlərinin əksəriyyəti o vaxtlar toplanmadığı üçün, təəssüflər olsun ki, günümüzə gəlib çatmamışdır. Təkcə bəzi gəraylı, qoşma və divaniləri bizə məlumdur. Onun əlimizdə olan bu şeirlərində aşıq kimi ustalığı dərhal özünə diqqət çəkir. "Kəklik" rədifli şeri belə şerlərdəndir.
Yeri kəklik sənin sinən aladı,Görənlərin gözü səndə qaladı,Ayaqların dağda bitən lalada.Yerişin gördüm, get ağa, kəklik.
Digər aşıqlar kimi Aşıq Rəcəbin də yaradıcılığında qəm-kədər, bəxtdən küskünlük, yalnızlıq kimi hisslərin ifadəsi və təbiət təsvirləri üstünlük təşkil edir. Onun həyatıyla bağlı xalq arasında "Aşıq Rəcəb və Huri" dastanı geniş yayılmışdır.
Aşıq Rəcəb klassik aşıq yaradıcılığını dərindən mənimsəmiş, mürəkkəb və məsuliyyətli məclisləri idarə etmiş, güclü yaradıcılıq qabiliyyəti ilə seçilmişdir. Dövrümüzə gəlib çatan şeirləri onun sənətkarlığını təsdiqləyir. Yaradıcılığında qoşma və gəraylılar üstünlük təşkil edir; bu nümunələr əsasən gözəlliyin və estetik duyğuların tərənnümünə həsr olunmuşdur.
İstinadlar
Mənbə Azərbaycan Aşıqları və El Şairləri II, Bakı, 1984, s. 35-39. Telli Saz Ustadları, Bakı, 1964, s. 71-74. Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:XVIII əsrdə doğulanlar Kateqoriya:XIX əsrdə vəfat edənlər