Ayğırgöl — İrəvan quberniyasmda Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi thumb|250px|Ayğırgöl kəndindəki yezidi məbədi Ayğırgöl kəndi Üçkilsə (Eçmiədzin) — Sərdarabad (Oktemberyan) yolunun üstündə, Ayğırgölün yanında yerləşir. Kəndin adı Ayğırgölün adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Aknaliç qoyulmuşdur.
Ayğırgöl kəndi Ermənistanda yeganə yezidi məbədinin yerləşdiyi məntəqədir. Kuba mere divane kimi tanınan məbəd 2019-cu ilin sentyabrında açılmışdır. Bu, dünyanın ən böyük yezidi məbədi hesab edilir. 25 metr hündürlüyü olan məbəd Rusiyada yaşayan yezidi biznesmen Mirzə Sloyan tərəfindən maliyyələşdirilmişdir.https://www.rudaw.net/english/world/29092019
Toponimi 1918–1919-cu ildə əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Aknaliç adlandırılmışdır. Ayqırgölün adındandır. Türk dillərində ayqır otunun adından və göl sözündən ibarətdir. "Ətrafında ayqır otu bitən göl" mə'nasındadır. Qazaxıstanda Ayqırbulaq və AyqırgölКойчубаев Е. Краткий толковый словарь топонимов Казахстана. Алма-Ата. 1974.Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.toponimləri ilə mə'naca eynidir.
İstinadlar
Kateqoriya:Gərnibasar mahalı Kateqoriya:Eçmiədzin qəzasının kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri