Allahyar xan Süleyman xan Çavuşlu (1850–1916) — Azərbaycan (türk) əsilli İran hərbçisi, briqada generalı. Qızılbaşlara aid ustaclu tayfasının Çavuşlu oymağındandır.

Həyatı Allahyar xan Süleyman xan oğlu 1850-ci ildə Xorasan əyalətinin Dərgəz vilayətində doğulmuşdu. Mükəmməl hərbi təhsil almışdı. Orduya qatılmışdı.

Allahyar xan Çavuşlu 1881-ci ildə polkovnik (sərhəng) rütbəsi almışdı. 1885-ci ildə briqada generalı rütbəsinə layiq görülmüşdü.

Allahyar xan Çavuşlu 1916-cı ildə vəfat edib.

Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.

Həmçinin bax Seydəli xan Dərgəzi Çavuşlu oymağı

Kateqoriya:İran generalları Kateqoriya:Dərgəzdə doğulanlar Kateqoriya:Ustaclılar Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Qızılbaşlar