Qeyrət partiyası — 1905-ci ildə Gəncədə yaranmış ilk milli partiya.

Tarixi 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı.Azərb. MDTA, f. 7, siy. 1, iş 620, v. 162; f. 12, siy. 13, iş 250, v. 44–45; Самедов В. Ю. Распространение марксизма-ленинизма в Азербайджане. Ч. II Баку, 1966, стр. 58. O, Şuşada da müəyyən nüfuza malik idi. Azərb. MDTA, f. 62, siy. V, iş 59 Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə formalaşan ilk milli siyasi qurum olan Qeyrət partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Ələkbər bəy XasməmmədovAzərb. MDTA, f. 83, siy. 1, iş 201, v. 21; iş 253, v. 2., bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.Yenə orada, f. 821, siy. 133, iş 461, v. 61–6 arxası..

Qeyrət Partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi.Багирова И. С. Политические партии и организации. Азербайджана в начале XX века. Баку, 1997.

Qeyrətin üzvləri H. Fəttahov, M. H. İsmayılzadə, M. Xəlilov və başqalarıdır. Əhali arasında federalizm ideyalarını yaymaqla yanaşı, sosial demokrat və digər partiya nümayəndələri ilə birgə bir çox mitinqlərdə millətlərarası müharibəyə son qoymaq çağırışı ilə iştirak edirdilər. Qeyrət Partiyası 1908-ci ilə qədər fəaliyyət göstərdi, lakin bəzi sənədlərə görə, 1912-ci ildə Balkan müharibələri başladığı dövrdə federalistlər fəallaşmaqda idilər.

Siyasi səhnədə isə Qeyrət yenidən 1917-ci ilin Fevral inqilabından sonra görüldü. Yeni liderlər, yeni Türk Ədəmi-Mərkəziyyət Partiyası adı və yeni proqramı ilə fəaliyyətə başladı.

İstinadlar

Kateqoriya:Azərbaycandakı siyasi partiyalar Kateqoriya:Gəncə tarixi Kateqoriya:1905-ci ildə Azərbaycanda yarananlar