Brebeneskul (,) — Ukraynanın ən böyük göllərindən biridir. Dəniz səviyyəsindən hündürlüyü 1801 m-ə bərabərdir. Göl Ukraynanın Zakarpatya vilayətində yerləşir. Turizm əhəmiyyətli göllərdən hesab olunur. Gölü əsasən bulaqlar qidalandırır. Brebeneskul çayı da bu gölə tökülür.
Təsviri Gölün uzunluğu 134 m, eni 28–44 m, orta dərinliyi isə 2,8 m-dir. Su səthinin ümumi sahəsi 0,61 ha-dır. Göl onun sahilindəki daşların meyil etməsi ilə əlaqədər olaraq oval formaya malikdir. Gölün ehtiyatları son illərdə atmosfer yağıntıları və yeraltı suların hesabına artmışdır. Gölə kiçik Brebeneskul çayı tökülür.(Qoverla çayının qolu, Ağ Tisa çayının deltası) Boz palçıqla örtülən dərin yerləri şərqdə yüksəlir. Gölün suyu çox təmiz, eləcə də şəffaf və istidir.
Yerləşməsi Göl Brebeneskul dağı (2035 m) ilə Qutin Tomnatek dağı (2016 m) arasındakı vadidə yerləşir. Göl inzibati cəhətdən Zakarpatya vilayətinin Raxov rayonunun ərazisinə daxildir. Göl buzyaylağı adlanan xüsusi çuxurda yerləşir. Göl Çernoqorsk qoruğu ərazisində yerləşir. (Karpat biosfer qoruğu hissəsi̠).
Flora və fauna Otlar istisna olmaqla, sahil bitkiləri geniş yayılmışdır. Burada göl balıqları və xərçəngkimilərin kiçik növləri aşkar edilmişdir.
Qalereya
Topoqrafik xəritə Лист карты M-35-134 Ворохта. Масштаб: 1:100 000. Состояние местности на 1976 год. Издание 1978 г.
Ədəbiyyat
İstinadlar