Ələddin Məmmədhüseyn oğlu Allahverdiyev () — Dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan piezoelektrik cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində Sovet, Rusiya və Azərbaycan alimi. Professor (2001).Азербайджанцы за рубежом. Краткий биографический справочник. Баку, Изд-во "Papirus NP", 2016. стр.69–71. ISBN 978-9952-8299-1-4
Həyatı Ələddin Allahverdiyev 1947-ci il may ayının 29-da Qərbi Azərbaycanda Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1964-cü ildə Bakı şəhərindəki 190 saylı orta məktəbi medalla bitirib (məktəbi medalla bitirən ilk Kəsəmənlidir), S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsinə daxil olmuşdur.Bakı Dövlət Universiteti: mexanika-riyaziyyat fakültəsi, 1969-cu il məzunları. Bakı, 2009. Üçüncü kursu bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir. Həmin Universiteti bitirdikdən sonra onun aspiranturasında saxlanılmış,Z. Babayev, "Ünvan belədir: Moskva, MDU", "Azərbaycan gəncləri" qəzeti. № 20 (8370). 14.02.1974. Moskva Dövlət Universitetinin qapalı Elmi Şurasında "Pyezoelektrik konstruksiyaların əlaqəli rəqslərdə elektrofiziki parametrlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi rəhbəri Sosialist Əməyi Qəhrəmanı akademik Xəlil Raxmatulin olmuşdur.
Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra təyinatla SSRİ Elektron Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat "FONON" institutuna işə qəbul edilmiş, 1974–1994-cü illərdə kiçik elmi işçi, baş elmi işçi və "Riyazi modelləşdirmə" şöbəsinin müdiri vəzifələrində çalışmışdır.Dünya azərbaycanlıları. "Azərbaycan" nəşriyyatı, Bakı, 2006.
2001-ci ildə Ələddin Allahverdiyev Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür. Onun elmi rəhbərliyi altında 7 nəfər (o cümlədən 3 azərbaycanlı) namizədlik dissertasiyası müdafiə etmişdir, o onlarla dissertasiyanın müdafiəsində rəsmi opponent olmuşdur. 1994–1995-ci illərdə Rusiya-ABŞ müştərək "Qreen Star İnternational" şirkətində Baş Direktorun elm və istehsalat işləri üzrə müavini vəzifəsində çalışmışdır. 1995–1996-cı illərdə Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiasiyasının direktoru işləmişdir.
1996-cı ilin sentyabrından Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında (MDBİA) ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru vəzifələrində işə başlamış, 1997–1999-cu illərdə eyni zamanda iqtisadiyyat və menecment fakültəsinin dekanı olmuş, 2000-ci ildən etibarən həmin Akademiyanın 1-ci prorektoru – tədris-metodika işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Bu illər ərzində ali və tətbiqi riyaziyyat (riyaziyyatın iqtisadiyyatda və menecmentdə tətbiqinə aid) sahələrinə həsr olunmuş 24 monoqrafiya, dərslik və dərs vəsaitləri çap etdirmişdir.
Rusiya Federasiyası Ali Məktəblərinin təhsil üzrə prorektorları Şurasının, Moskva şəhəri Təhsil Departamentinin koordinasiya Şurasının, MDBİA-nın Elmi Şurasının üzvü, həmin Akademiyanın Tədris-metodika Şurasının sədri vəzifələrində olmuşdur. Hal-hazırda "MİET" Milli Tədqiqat Universitetində professor, tədris işləri üzrə prorektor müavini, tədris prosesinin keyfiyyəti sahəsinin rəhbəridir.
Ə. Allahverdiyev Dünya Azərbaycanlılarının bütün qurultaylarının nümayəndəsi olmuşdur.Araz Yaquboğlu. "Ələddin Allahverdiyev — 70"
Elmi fəaliyyəti Ələddin Allahverdiyev 1970-ci illərdən İnstitutun baş nəzəriyyəçisi kimi pyezo- və akustoelektronika, tibb texnikası, müdafiə sənayesi və s. sahələrdə istifadə olunan cihaz və aparatların yaradılmasına həsr edilmiş 30-dan çox etlmi-tədqiqat və təcrübi-konstruktor işlərinin (ETİ və TKİ) elmi rəhbəri və ya rəhbər müavini olmuşdur. Bu illərdə 150-dən çox elmi məqaləsində alınmış çoxsaylı yeni elmi nəticələr və 7 ixtirasında həllini tapmış yeni texniki ideyalar texnikanın ayrı-ayrı sahələrində — dünya okeanının və kosmik fəzanın tədqiqatında (sualtı qayıqlarda və tədqiqat gəmilərində, süni peyklərdə və kosmik gəmilərdə) geniş miqyasda istifadəsini tapmış, elektron (xüsusilə mikro- və akustoelektronikada), müdafiə və tibb sənayesi müəssisələrində tətbiq olunmuşdur. Məsələn, onun 04.09.1980-ci il və 06.10. 1982-ci ildə qeydə alınmış ixtiraları (uygun olaraq Müəllif Şəhadətnamələri № 169926 və № 179728) dünya okeanında su altında hərəkət edən obyektlərin yerini və ayrı-ayrı xarakteristikalarını müəyyən etməyə imkan yaradıb. 01.09.1989-cu il və 01.02.1990-cı ildə qeydə alınmış ixtiralar (uygun olaraq Müəllif Şəhadətnamələri № 300747 və № 308342) isə müvafiq elmi sahələrin mütəxəssislərini maraqlandıran informasiyaların kosmik obyektlərdə (süni peyklərdə və kosmik gəmilərdə) qeydə alınıb Uçuşların İdarəetmə Mərkəzinə (UİM) göndərilməsində uğurla tətbiq olunmuşlar. Tibbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə Ələddin Allahverdiyev Ümumittifaq Elmi Tibbi-Texniki Cəmiyyətinin Mərkəzi İdarəsi Rəyasət Heyətinin baxış-müsabiqəsinin qalibi Diplomu ilə təltif edilmişdir (həmmüəllifləriylə birgə hazırladığı pyezokeramik ötürücü süni ürəyin yaradılmasında uğurla tətbiq olunmuşdur).Основы физики элементов микроэлектронных приборов. Изд. МИЭТ, Москва, 1992.
Ələddin Allahverdiyevin elmi cəmiyyət tərəfindən yüksək qiymətləndirilən bəzi elmi uğurları xüsusi qeyd edilməlidir. Məsələn, o tələb olunan tezliklə rəqs edən və əvvəlcədən müəyyən olunmuş ayrı-ayrı fiziki xarakteristikalara cavab verən, minimum kütləyə və ya həcmə malik olan pyezoeelektrik elementlərin optimal formasını təyin etmək məsələsini həll edən ilk alimdir. Bu tipli məsələlərin həllində Ələddin Allahverdiyev ilk dəfə riyaziyyatda məşhur olan Pontryaginin maksimum prinsipini tətbiq etmişdir. O elektroelastiqiyyət nəzəriyyəsinin iki-və üçölçülü dinamika məsələlərinin həllinə ümumiləşmiş variasiya prinsipi əsasında sərhəd və sonlu elementlər metodlarını ilk dəfə uğurla tətbiq edən alimlərdəndir. Variasiya prinsipinin tətbiqi pyezoelektrik elementlərin rabitəli rəqslərinin çoxsaylı məsələlərinin həllinə də uğur gətirmişdir. Disk formalı pyezokeramik membranlarda "kənar effekti"nin ("краевой эффект") mövcudluğunu nəzəri cəhətdən ilk dəfə Ələddin Allahverdiyev aşkar etmişdir.Волновая и газовая динамика. Изд. МГУ, Москва, 1979.
Onun "Математический анализ (для экономических специальностей)"("Riyazi analiz" (iqtisadiyyat yönlü ixtisaslar üçün), "Теория вероятнестей и математическая статистика" ("Ehtimal nəzəriyyəsi və riyazi statistika"), "Линейная алгебра и элементы аналитической геометрии" ("Xətti cəbr və analitik həndəsənin elementləri"), "Дифференциальные уравнения" ("Differensial tənliklər") dərslikləri Rusiya Federasiyası Ali Təhsil Nazirliyi tərəfindən iqtisad ixtisasları üçün dərslik kimi qəbul edilmişdir. Bu əsərlər M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin, Rusiya Federasiyasının digər müvafiq ali təhsil məktəblərinin nüfuzlu alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.Азербайджанцы мира. Изд-во "Азербайджан", Баку, 2006. Bu dərsliklər əsasında uzun illər Ə. Allahverdiyev MDBİA-da tələbələrə mühazirə oxumuş və təcrübi məşğələlər aparmışdır. Ali peşə təhsilinin təşkilinə və tədris texnologiyasına həsr edilmiş bir sıra elmi məqalə dərc etdirmişdir.
Ələddin Allahverdiyev məxfi elmi — texniki işləri də daxil olmaqla 450-dən çox monoqrafiya, ixtira, elmi məqalə, dərslik və dərs vəsaitinin müəllifidir.
Beynəlxalq konfranslarda iştirakı 30-dan çox beynəlxalq, ümumittifaq elmi konfrans, qurultay və simpoziumda pyezoelektrik mühitlərdə dalğaların yayılmasının, pyezokeramik konstruksiyaların əlaqəli rəqslər zamanı elektrofiziki parametrlərinin tədqiqinə həsr edilmiş 60-dan çox elmi məruzə, o cümlədən 10-a yaxın sifarişli məruzə ilə çıxış etmişdir. Bu fakt Ələddin Allahverdiyevin elmi işlərinə yuxarıda adı çəkilən elm sahələrində çalışan sovet və dünya alimlərinin verdiyi yüksək qiymətin təzahürüdür. Nümunə üçün, professor Ə. M. Allahverdiyevin uzun illər boyu aldığı elmi nəticələri müntəzəm olaraq elmi-texniki tədbirlərdə məruzələriylə dünya və sovet elmi ictimaiyyətinin nəzərinə çatdırdığı bir neçə konfrans, qurultay və simpoziumların adını çəkmək yerinə düşərdi:
"Всесоюзный симпозиум по распространению упругих и упруго-пластических волн" (Фрунзе, 1974, Новосибирск, 1986), "Всесоюзная конференция по механике сплошных сред" (Ташкент, 1979), "Всесоюзная конференция по сегнетоэлектричеству" (Ростов-на-Дону, 1979, Минск, 1982), Всесоюзная конференция "Прочность материалов и элементов конструкций при звуковых и ультразвуковых частотах нагружения" (Киев, 1979, 1980, 1981, 1982), "Всесоюзная конференция по теории упругости" (Тбилиси, 1984), "Всесоюзная конференция по акустоэлектронике и квантовой акустике" (Москва, 1984), Всесоюзная конференция "Влияние внешних воздействий на реальную структуру сегнето- и пьезоэлектриков" (Черноголовка, 1984), Всесоюзная конференция "Моделирование отказов и имитация на ЭВМ статических испытаний изделий электронной техники" (Москва, 1985), "Всесоюзный съезд по теоретической и прикладной механике"(Ташкент, 1986), "Всесоюзная акустическая конференция" (Москва, 1994), Международная конференция "Кристаллы: рост, свойства, реальная структура, применение" (Александров, 2001, 2002, 2003), The International Jubilee Conference "Single crystal and their application in the XX century — 2004" (Aleksandrov, Russia, 2004) və s.
Yeri gəlmişkən, son adı çəkilən 2 konfransda Ə. M. Allahverdiyev 13 məruzəylə, o cümlədən 3 sifarişli-plenar məruzəylə çıxış etmişdir.
O bir çox adı çəkilən konfransların təşkilat və ya proqram komitələrinin üzvü olmuşdur. Hələ aspirant olarkən Ə. Allahverdiyev Bakı şəhərində keçirilən (1973-cü il) aeronavtika üzrə beynəlxalq konfransda iştirak etmişdir.
İxtiraları Авторское свидетельство № 169926 от 04.09.1980 г. Авторское свидетельство № 179728 от 06.10. 1982 г. Авторское свидетельство № 1063257 от 22.08. 1983 г. Авторское свидетельство № 300747 от 01.09.1989 г. Авторское свидетельство № 1534760 от 08.09.1989 г. Авторское свидетельство № 308342 от 01.02. 1990 г. Авторское свидетельство № 308340 от 01.02. 1990 г.
Bəzi elmi məqalələri "К теории связанных колебаний пьезокерамических дисков" (В кн. "Волновая и газовая динамика", Изд. МГУ, в. 2, М., 1979), "О колебании пьезокерамического преобразователя пульса для медицинских целей" ("Военная техника и экономика", № 3, М., 1978), "Цилиндрический пьезоприемник давления для морской сейсморазведки" ("Электроника", № 7, М., 1984), "К теории неустановившихся колебаний пьезокерамических дисков и колец" (Докл. АН УССР, № 2 Т., 1980) "Исследование характеристик направленности приемо-излучающих преобразователей" ("Дефектоскопия", № 6, Изд. АН СССР, M., 1990), "Метод учета влияния электрических граничных условий на изгиб многослойных пьезоэлектрических пластин", (Материалы докладов международной конференции "Кристаллы: рост, свойства. применение " Александров, 2002), "Расчет сферических пьезокерамических преобразователей с учетом потерь" ("Электронная техника", сер. Радиодетали и радиокомпоненты, в. 3(80), М., 1990) "Метод расчета акустических характеристик многослойных пьезокерамических преобразователей" (Материалы докладов международной конференции "Кристаллы: рост, свойства. применение " Ал-в, 2003), "Исследование колебаний составных пьезокерамических преобразователей"" ("Электронная техника", сер. Радиодетали и радиокомпоненты, в. 2(67), М., 1987), "Метод оптимизации формы пьезоэлектрических преобразователей, совершающих колебания" ("Прикладная механика" К., т. 26, № 9, 1990"), "Влияние импульсных нагрузок на прочностные характеристики пьезокерамических элементов" (В кн.: "Прочность поликристаллических кристаллов", Изд. АН СССР, Л.,1981),