Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Qafiyə sistemi aaba prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəkli. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır.
Məzmun Bayatının mənşəcə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarəngdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir.
Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür. Sarı Aşıqın bayatıları məşhurdur. Bayatı janrından klassik və müasir yazılı ədəbiyyatda da istifadə edilmişdir. Bir sıra türkdilli xalqlarda da bayatıya uyğun şeir formaları mövcuddur. Buna İraqda xoyratları misal göstərmək olar. Bayatılar forma və məzmunca müəyyən mənada, çastuşkalara yaxındır.Asif Hacılı. Bayatı poetikası. B., 2000
Həzin melodiya və havalara da bayatı deyilir. Bəzi muğam adları (Bayatı- Şiraz, Bayatı-kürd, Bayatı-qacar və s) bayatı sözü ilə bağlıdır.
Bayatı folklorun ən geniş yayılmış janrlarındandır. Bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin olur. Qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti ilə bağlı bayatılar daha çoxdur. Məsələn:
Əziziyəm, dilən gəz, Bağda gülü dilən gəz. Qürbətdə xan olunca, Vətənində dilən gəz.
Məhəbbət mövzusunda olan və ictimai məzmunlu bayatılar da var. Bayatı dörd misradan və hər misrası yeddi hecadan ibarət şeir şəklidir: birinci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst olur. I və II misralar giriş xarakteri daşıyır, əsas fikir son iki misrada söylənilir. Bayatının qafiyə quruluşu bu şəkildədir: aaba. Bayatıların ilk misraları, bir qayda olaraq, "Mən aşiq", "Mən aşiqəm", "Əzizinəm", "Eləmi" sözləri ilə başlanır.
Əzizim el yoludu, Bu gələn el yoludu. Başımda bulud oynar, Gözlərim sel yoludu.
Mən aşiq sini, sini, Doldur iç sini, sini. Mənə öz yarım gərək, Nəylirəm özgəsini?
Eləmi yada məni Satdılar yada məni Kimim, kimsənəm yox, Bir salsın yada məni
Bayatıların bir növü cinas bayatılardır. Belə bayatıların qafiyələri cinas sözlər üzərində qurulur. Məsələn;
Əzizim yasəməni, Dərmişəm yasəməni. Getdin, arxaya baxdın, Batırdın yasa məni
Burada "yasəməni" və "yasa məni" sözləri cinasdır. Birinci mənada gül, ikincidə isə qəm, kədər məzmunundadır. Yaxud:
Ordubada, Yol gedir Ordubada, Sərkərdə qoçaq olsa, Heç verməz ordu bada.
Bayatı janrından yazılı ədəbiyyatda da istifadə olunmuşdur. Xətai və Əmaninin yaradıcılığında bayatılar diqqəti cəlb edir. XXII əsr müəllifi Sarı Aşığın bayatıları xüsusilə məşhurdur.
Vətən bayatıları Arzu Rzayev - Həsrət bayatıları - musiqi: Eldar Mansurov, söz: Piruz Dilənçi Gülağa Məmmədov - Şirin dil - musiqi: Emin Sabitoğlu, söz: xalq Hacıbaba Hüseynov - Tikdim ki, izim qala - musiqi: Vaqif Mustafazadə, söz: xalq Nəzakət Teymurova - Əzizinəm, Qarabağ - xalq mahnısı Nuriyyə Hüseynova - Bayatılar 20 Yanvar Şəhidlərinə ağılar - musiqi Flora Kərimova, söz: Flora Kərimova və ağılar Şəhidlər bayatıları. - musiqi Oqtay Kazımi, söz: Bəxtiyar Vahabzadə Qürbət bayatıları. - musiqi Oqtay Kazımi, söz: Cabir Novruz
Sevgi bayatıları
Mübariz Tağıyev - Bağçadan gələn səs - musiqi: Eldar Mansurov, söz: xalq Brilliant Dadaşova - Bayatılar - musiqi: Eldar Mansurov, söz: xalq Brilliant Dadaşova - Əzizim, yarımgilə - musiqi: Cavanşir Quliyev, söz: xalq Brilliant Dadaşova - Bu qala daşlı qala - xalq mahnısı Alim Qasımov və Naibə Beydullayeva - Bayatılar - musiqi: Vaqif Gərayzadə, söz: xalq Elmira Rəhimli - "Dəli Kür" filmindən bayatılar - musiqi: Cahangir Cahangirov, söz: xalq Qədir Rüstəmov - Neyçün gəlməz - musiqi: Şəfiqə Axundova, söz: Şövkət Məmmədova Qədir Rüstəmov - Sona bülbüllər - söz: xalq Yalçın Rzazadə - Əzizim baxtı yarım - musiqi: Emin Sabitoğlu, söz: xalq Məmməd Salmanov - Aşığın arzuları - musiqi: Emin Sabitoğlu, söz: xalq Nərminə Məmmədova və Sinan Səid - Şirindir, yaxud O yana döndər məni - Kərkük bayatıları Sara Qədimova - Yar, haralısan - musiqi: Səid Rüstəmov, söz: xalq Rübabə Muradova - Getmə, getmə, gəl - musiqi: Səid Rüstəmov, söz: xalq Arif Babayev - Gəl, maralım - söz: xalq Flora Kərimova - Maralım, gəl - musiqi: Səid Rüstəmov, söz: xalq Flora Kərimova - Naçaram - musiqi Oqtay Kazımi, söz: xalq Məmmədbağır Bağırzadə - Aman Tello - musiqi Oqtay Kazımi, söz: xalq Aşıq Samirə - Aman Tello - xalq mahnısı Şövkət Ələkbərova - Aman ayrılıq - musiqi: Polad Bülbüloğlu Zeynəb Xanlarova - Gəl mənim, Leylam musiqi: Zeynəb Xanlarova Səkinə İsmayılova - Elə bəndəm (Arazam, Kürə bəndəm...) - xalq mahnısı Tünzalə Ağayeva - Ay qaşı-gözü qara qız (Tellərini yan dara, qız) - xalq mahnısı Rəşid Behbudov - Bayatılar (Bağımda üzüm qaldı) - xalq mahnısı Rəşid Behbudov - Güləbatın - xalq mahnısı Rəşid Behbudov - Qoy gülüm gəlsin, ay nənə - xalq mahnısı Baba Mahmudoğlu - Qara gözlər
Qarışıq mövzuda bayatılar Sarı Aşıq - Bayatılar İslam Rzayev - Qəşəngdir Təyyar Bayramov - Qurban olum o gözlərə (Onu demə, zalım yar) - xalq mahnısı Lütfiyar İmanov - Ay Laçın... - xalq mahnısı Zeynəb Xanlarova - Şirvan gözəlləri - musiqi: Oqtay Rəcəbov, söz: xalq "Sevil" vokal ansambli - Bayatılar - musiqi: Oqtay Rəcəbov, söz: xalq Çoban Bayatı. - musiqi: Oqtay Kazımi, söz: Ramiz Heydər
Qaynaq
Abduləliyev Ariz. Şərq ənənəvi peşəkar musiqisində Bayatı muğamı //"Muğam aləmi" II Beynəlxalq elmi simpoziumunun materialları.-B.:Şərq-Qərb, 2011. - s.7-15.
Həmçinin bax Gəraylı Qoşma Tuyuq
Kateqoriya:Şifahi xalq ədəbiyyatının janrları Kateqoriya:Lirik növün janrları Kateqoriya:Azərbaycan musiqisi Kateqoriya:Folklor janrları