— Yaponiya aylıq seynen manqası jurnalı. Jurnal "Jump" jurnal seriyası çərçivəsində Shueisha nəşriyyatı tərəfindən nəşr olunmaqdadır. Əslində jurnal 1995-ci ildə "Weekly Young Jump" jurnalının xüsusi buraxılışı kimi nəşr olunmuşdu. 19 oktyabr 1999-cu ildə bu xüsusi buraxılış yeni aylıq publikasiyaya çevrilmiş və "Ultra Jump" adını almışdır. Jurnalda nəşr olunmuş manqalar Young Jump Comics Ultra leyblı altında tankobon cildləri şəklində nəşr olunur.
Tarixi "Ultra Jump" əvvəlcə "Weekly Young Jump" seynen antologiyasının xüsusi buraxılışı kimi "Young Jump: Ultra Special Issue: Ultra Jump" adı ilə nəşr olunurdu və ilk sayı 1995-ci ildə nəşr olunmuşdur. 1999-cu ildə bu buraxılış ayrı publikasiyaya çevrilmişdir və "Ultra Jump" adını almışdır. 19 mart 2008-ci ildə "Ultra Jump" jurnalı jurnalın onlayn spin-offunu yayımlamışdır: . "Ultra Jump Egg" manqa saytında isə jurnalda nəşr olunmayan manqalar yayımlanır.
Xüsusiyyətlər Jurnal gənclər üçün nəzərdə tutulmuşdur və fentezi və elmi fantastika hekayələrinə üstünlük verir. Shueisha nəşriyyatının ranobe xətti olan "Super dash library"-nin "Ultra Jump" jurnalı ilə yaxın bağlantısı var: jurnalda başlıqların manqa adaptasiyaları nəşr olunur (məsələn, Read or Die). Manqa yazıçılarının yomikiriləri də jurnalda nəşr olunur və adlanır.
Seriyalar
Hazırda yayımlananlar "Ultra Jump" jurnalında hazırda 27 manqa seriyası yayımlanır. Başlıq Rəssam/Müəllif TarixMihaçi KaqanoTakaharu MatsumotoMari ŞimazakiKazuşi HaqivaraOtaro Mayco, Oh! GreatManatsu SuzukiŞimimaruŞiro MivaSayori OçiaiKohime OhseŞizuru HayaşiyaHirohiko ArakiHiroyuki Takei, Hiromasa MikamiTetsuyaro ŞinkaydaAki★EdaCunya İnoeNatsume OnoHaruhisa NakataTomoya HarunoSound Horizon, Yukimaru KatsuraOniqunsoTasuku KarasumaRyoci MinaqavaŞiniçiro NariiePeach-PitMonti Oum, Rooster Teeth Productions, Şiro MivaLRIG, Nini
İstinadlar
Həmçinin bax Weekly Shōnen Jump
Xarici keçidlər Shueisha-nın Ultra Jum səhifəsi Shueisha-nın Ultra Jump Egg səhifəsi
Kateqoriya:Yaponiya aylıq manqa jurnalları Kateqoriya:1999-cu ildə Yaponiyada yarananlar Kateqoriya:Seynen manqası jurnalları Kateqoriya:Shueisha jurnalları