Mikayıl — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir. İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl, Mikayıl, Əzrayıl, İsrafil. Mikayıl insanların haqq yoldan azdıqlarından məyuslandığı üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl Allahın verdiyi ruziləri insanlara paylayır.
Etimologiyası Mikail adı İbranicə "Micha’el və ya Mikha’el; Yunanca Mikhail, latınca Michael; Ərəbcə isə Mikayıl şəkildə keçir və Tanrıya kim bənzər mənasına gəlir.M. Sərdar, "Semavi Dinlerde Dörd Büyük Melek", (İlahiyat Fakültesi Dergisi, 2008)
thumb|left|İblisi ayaqlayan arxmələk Mikayıl (Qvido Reni, ?-1636)
Yəhudilikdə Yəhudilikdə ən üstün mələk olaraq bilinir. Onun adı Əhdi-tiqdə Danielin kitabında üç dəfə çəkilir.Daniel, 10:13,21; 12:1. Ancaq yəhudi etiqadına görə onun adı çəkilməsə də Yeşu kitabında Yeşu əlində qılınc tutan bir mələklə qarşılaşır və o mələk özünü "Tanrının ordusunun komandiri" olduğunu vurğulayır.
Eyni zamanda Talmud və Midraşların bəzilərində Sodom və Qomoraya göndərilən, İshaq peyğəmbərin qurban edilməsinə bir qoç gətirərək mane olan, Z. Keleş, "Yahudilikde melek inancı", (T. C. Marmara Universitesi Sosiyal Bilimler Enstitüsü Felsefe ve Dini Bilimleri Ana Bilim Dalı Felsefe ve Dini Bilimleri Proqramı Yüksek Lisans Tezi, İzmir-2019) yəhudilərin Misirdən çıxdığı vaxt onları şeytanın (Samael) şərindən qoruyan mələk olaraq bilinir. N. Arslantaş, "Hz. Peygamberin Şağdaşı Yahudilerin İnanç-İbadet ve Dini Hayatları ile İlgili Bazı Tesbitler",(M. Ü. İlahiyat Fakültesi Dergisi,2008/1) Dolayısı ilə Yəhudilikdə Mikayıl yəhudi millətinin qoruyucusu olaraq bilinir.C. Yılmaz, "Heykalot literatüründe Metatron kavramı", (T. C. Marmara Universitesi Sosiyal Bilimler Enstitüsü Felsefe ve Dini Bilimleri Ana Bilim Dalı Dinler Tarihi Anabilim Dalı, İstanbul-2019) Eyni zamanda Mikayıla göylərin idarəsi verilmişdir. A. Çolak, "Kuran ve hadislere göre melek" (Gümüşhane 2012) Həmçinin Musa peyğəmbərin dəfnində iştirak edən alt mələkdən biri olan Mikayıla yağış, külək, atəş, ildırım, göy gurultusu, və dolu kimi Tanrının təbii möcüzələrini idarə etmək vəzifəsi ilə yanaşı səmanın açarlarının mühafizəkarlığı vəzifəsinin də verildiyi bildirilir.
Xristianlıqda Əhdi-Cədiddə Mikayıl adı iki yerdə keçir. Birincisi Yuhannanın məktubunda baş mələk şəkilində, Yuhannanın məktubu,9. ikincisi isə Yuhannanın vəhyində göydə baş verən bir əjdaha ilə savaşda çəkilir.Yuhannanın vəhyi, 12:7–10 [Xristianlıq]]da Mikayılın "Kilsənin qoruyucusu" olduğu qəbul edilir. O şeytana qalib gəlib, onu zəncirləyən, uçurumdan atan mələkdir. Bu mələk eyni zamanda bir əlində tərəzi, digərində qılınc tutaraq təsvir olunur.
Onunla bağlı başqa inanclar da mövcuddur. Belə ki, onun Əhdi-Ətiqin yaradılış bölümündə həyat ağacını qoruyan mələk olduğuna və şeytanın, düşmüş mələklərin ən böyük düşməni olduğuna inanılır.
Bununla yanaşı Katoliklərə görə Xristian möminlərin ruhunu alan, yaxşı və pis olub-olmadığını hesablayan və yaxşı ruhları Cənnətə aparan mələkdir. Yəhudi etiqadından fərqli olaraq onun məhkəməni təmsil etdiyi bilinir. Yuhannanın vəhyi kitabında keçən göylərdəki savaşa görə Mikayılın ədaləti bərpa etdiyinə inanır və bir çox insan mənəvi və maddi pisliklərə qarşı ondan yardım istəyir. Eyni zamanda çörək və şərab ayinində (Yevxaristiya) və günah çıxarma (Vəftiz) ayinlərində Tanrı və İmran peyğəmbərin qızı Məryəmdən sonra Mikayıla yalvarışlara yer verilir.
İslamda Qurani-kərimdə mələklərin böyüklərindən sayılan Mikayıl adı açıq şəkildə sadəcə bir yerdə Cəbrayıl ilə birlikdə zikr edilir. Bəqərə, 2/98.
Hədislərdə isə Mikayıl haqqında çoxlu rəvayət yer almaqdadır. Bu rəvayətlərə görə Mikayıl insanların və digər canlıların ruzilərini verir. Eyni zamanda yağışların yağması kimi təbiət hadisələrini idarə etməklə vəzifəli bir mələkdir. Bundan əlavə təfsirçilər Mikayıl Qurani-kərimdə İbrahim peyğəmbər və Luta peyğəmbərə gələn mələklərdən biri, eyni zamanda Bədir döyüşündə möminlərin yardımına gələn mələklərin komandiri olduğunu qeyd edirlər.
Mikayıl böyük mələk olaraq Cəbrayıldan sonra gəlir. Bu mələklə bağlı bir çox rəvayət vardır. Mikayıl üçün, onun Cəbrayıldan 500 il sonra yaradıldığı, iki gözü və iki qanadı olduğu kimi rəvayətləri qeyd edə bilərik.
Həmçinin bax Mikayıl Mələk Harut və Marut
İstinadlar
Kateqoriya:Mələklər Kateqoriya:Arxangellər Kateqoriya:Adəm və Həvva Kateqoriya:Səmavi dinlər Kateqoriya:Mifologiya və əfsanələrdə qəhrəmanlar Kateqoriya:Dənyalın kitabı Kateqoriya:Vəhy Kitabındakı şəxslər