Sarıyar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Sarılar kimi göstərilirErmənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.51.
Qızılkilsə (Qızıldaş) sovetliyinin tərkibində idi. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tabeliyində olmuşdur.
Toponim rəng bildirən sarı sözü ilə qədim türk dilində «yarğan» mənasında işlənən yarДревнетюркский словарь, Л., «Наука», 1969. s.238 birləşməsindən əmələ gəlmişdir. Kəndin ərazisindəki torpaq san rəngli süxurlardan ibarətdir.
Ona görə də kənd Sarıyar adlarıdırılıb. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan prezidenitinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Apavan qoyulmuşdur.
Əhalisi Kənddə 1886-cı ildə 78 nəfər, 1897-ci ildə 92 nəfər, 1904 - cü ildə 105 nəfər, 1914 - cü ildə 97 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.80-81, 150-151.
1916-1918-ci illərdə kəndin sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 149 nəfər, 1926-cı ildə 162 nəfər, 1931-ci ildə 181 nəfər azərbaycanlı yaşamışdır.
1988-ci ilə kimi kənddə yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin sonlarında Ermənistan dövləti kəndin sakinlərini tarixi-etnik torpaqlarından deportasiya etmişdir. İndi burada ermənilər məskunlaşıb.
İstinadlar
Kateqoriya:Loru kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri