Qılıç Məmmədoviç Quliyev () — sovet-türkmən dövlət xadimi, diplomat, yazıçı, tarixçi. Türkmənistan SSR-nin xalq yazıçısı (1984), səfir.

Həyatı 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Türkmənistan Pedoqoji İnstitutunu bitirmişdi (1948) və Sİ MK yanında ictimai elmlər akademiyasını tamamlamışdı (1952). 1943—1948-ci illər — SSRİ-nin İrandakı Qorqan şəhərindəki konsulluğun əməkdaşı. 1953—1956-cı illər — Türkmənistan SSR-nin mədəniyyət naziri. 1956—1957-ci illər — SSRİ Nazirlər soveti yanında Türkmənistan SSR-nin nümayəndəsi. 1957—1960-cı illər — SSRİ-nin Əfqanıstandakı səfirliyində müşavir. 3 avqust 1960—21 sentyabr 1962-ci illər — SSRİ-nin Tunisdə səlahiyyətli səfiri. 1963-cü ildən Türkmənistan EA-da elmi işçi. 1954—1958-ci illərdə Türkmənistan SSR-nin MK-nin üzvü. Türkmənistan EA-nın müxbir üzvü(1954).

Əsərləri Qılıç Quliyev bir sıra tarixi romanların elmi işlərin müəllifidir. O cümlədən: "Çətin günlər" (1964), "Təslim olmayan əlcəzairli" (1968), "Qara karvan" (1971), "Sülh səfiri" (1978).

Ədəbiyyat «Дипломатический словарь» под ред. А. А. Громыко, А. Г. Ковалева, П. П. Севостьянова, С. Л. Тихвинского в 3-х томах, М., «Наука», 1985—1986. — Т. 2, с. 122.

Xarici keçidlər Биография в Справочнике по истории Коммунистической партии и Советского Союза 1898—1991 Биография на Литературном портале

Kateqoriya:Türkmənistan yazıçıları Kateqoriya:Türkmənistan şairləri Kateqoriya:Türkmənistanda doğulanlar Kateqoriya:Türkmənistanda vəfat edənlər