Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov (az. Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov; 21 yanvar 1913, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 21 oktyabr 1996, Bakı, Azərbaycan Respublikası) — texnika elmləri doktoru, professor, SSRİ-nin Fəxri neftçisi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan SSR neft sənayesi əlaçısı.

Həyatı Lütfəli Məlik-Aslanov 21 yanvar 1913-cü ildə Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsinəndir. Gənc yaşlarından onu Niftalı adlandırırdılar, o vaxtdan yalnız rəsmi sənədlərdə adı Lütfəli kimi gedirdi.Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət xadimi, dayısı Xudadat bəy Məlik-Aslanovun ailəsində böyüyüb. Orta təhsilini Qaryaqində (indiki Füzuli şəhəri) başlayır, 1927-ci ildən isə Bakıda davam edir. 1932-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olur və 1938-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Neft-mədən fakültəsini bitirir. Böyük Vətən Müharibəsi (1941–1945) iştirakçısı.

Fəaliyyəti Lütfəli Azərbaycan Sənaye İnstitutunda ali təhsilini bitirdikdən sonra təyinatla "Qaradağneft" ("Molotovneft") trestinin neft hasilatı şöbəsində usta, bir müddət sonra isə şöbə müdiri vəzifəsində işləmişdir. Və 1940-cı ildə "Qaradağneft" trestinin neft emalı şöbəsinin rəisi təyin olunur, lakin müəssədə çox işləmir. Böyük Vətən müharibəsi başlayanda ilk könüllülər arasında cəbhəyə gedir.

Aldığı yaralardan 1942-ci ilin sonlarında ordudan tərxis olunur və əvvəlki iş yerinə qayıdır. 1945-ci ildən VNİİTB-nin neft-mədən şöbəsininə rəhbərlik edir. 1948-ci ildən isə AzETNÇİ-da işləməyə başlamış.

Lütfəli 1953-cü ildə "Neft hasilatının texnikası və texnologiyası" laboratoriyasının rəhbəri təyin edilir. Eyni zamanda Azərbaycan Sənaye İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Onun elmi–tədqiqatlarına neftin su ilə sıxışdırılması,qeyri-bircins və uzun müddət istismar edilən laylarda neftverimli layların tədqiqi, layın hidravlik dağıdılması,quyuların istismarı və qazılması zamanı qum təzahürü və onunla mübarizə daxildir. "Kollektorların neftverimi mexanizmində aralıq zonanın rolunun tədqiqi" mövzusunda namizədlik dissertasiyasını 1956-cı ildə, "Layların neftveriminin artırılması məsələləri" mövzusunda doktorluq dissertasiyasını isə 1965-ci ildə müdafiə edir.

O, 1968-ci ildə professor elmi dərəcəsini alır.

Digər alimlərlə birlikdə neft və qaz quyularının istismarının texnika və texnologiyasının təkmilləşdirilməsi və inkişafında Lütfəli Məlik-Aslanovun da mühüm rolu olmuşdur.

Elmi fəaliyyəti Lütfəli Məlik-Aslanov neft yataqlarının işlənilməsi və layların neft veriminin artırılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatlar sahəsi: neftin su ilə sıxışdırılması; qeyri-bircins və uzun müddət istismar edilən laylarda neftverimi məsələlərinin tədqiqi; layın hidravlik dağıdılması; quyuların istismarı və qazılması zamanı qum təzahürü və onunla mübarizə. 200-dən artıq elmi məqalənin və 8 monoqrafiyanın müəllifidir. İxtiralara görə 25 müəlliflik şahədətnaməsi alıb.

Təltif və mükafatları SSRİ-nin Fəxri neftçisi.Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. 126 №-li fond, siy.1 Azərbaycan SSR əməkdar mühəndisi (1964-cü il). Azərbaycanın neft sənayesi əlaçısı. "Qırmızı əmək bayrağı" ordeni.. "Şərəf nişanı" ordeni. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1980-cı il).

Ailəsi Həyat yoldaşı Valentina Petrovna Yermakova (21.01.1913,Bakı – 17.12.1991,Bakı) Övladları: Ramiz (14.03.1942,Bakı), Leyla xanım (10.09.1946,Bakı)

Həmçinin bax Məlik-Aslanovlar Xudadat bəy Məlik-Aslanov

Mənbələr Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142. N.A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri. İkinci Buraxılış. Bakı, "Səda" 2001, səh. 30 ISBN 5-86871-204-4 E.E. İsmaylov. Məlik-Aslanovlar nəslinə dair dəqiqləşdirmələr (rus dilində), Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu", 2001, səh. 168–169 ISBN 9952-25-001-0

İstinadlar

Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan SSR əməkdar mühəndisləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin fəxri neftçiləri Kateqoriya:Məlik-Aslanovlar