thumb|300px|UlduzlarUlduz — qalaktikada rast gəlinən bir səma cismi. İlk vaxtlardan bəri insan səma ilə maraqlanmış, ulduzları araşdırmaq üçün ilk ciddi addım isə, ilk teleskopu reallaşdıran İtalyan alimi Qalileo Qaliley tərəfindən atılmışdır. Göy hadisələri ilə maraqlanan elm sahəsi də "astronomiya" adı altında inkişaf etmişdir. Göy üzündə görünənlərdən də daha çox ulduz olduğu bilinməkdədir. Gözlə görülənlərin sayı, 8000 qədərdir. Şəkilləri çəkilə bilən ulduzların sayı isə 50000000000 qədərdir. Ayrıca səmada işıq verməyən ulduzlar da vardır ki, bunlar öz günəşləri olan ulduzların ətrafında dönməkdədirlər.
Ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıq və istilik enerjisinə malik olan qaz kütlələridir. Ulduzlar kütlə, radius və işıqlıqlarına görə bir-birlərindən ciddi fərqlənirlər. Elə ulduzlar var ki, onların radiusuları Günəşinkindən yüz dəfələrlə, hətta min dəfə böyükdür. Ulduzların kütləsi Günəşinkindən 50 dəfə kiçik və ya 80 dəfə böyük ola bilir. İşıqlıqları isə Günəşinkindən yüz min dəfə böyük, yaxud kiçik ola bilir.
Ulduzların daxili qatlarında və atmosferində fiziki şərait müxtəlifdir. Bu müxtəliflik onların kütləsindən, radiusundan və işıqlığından ciddi surətdə asılıdır.
Ulduzların spektrləri də bir-birindən ciddi fərqlənir. Ulduzların əksəriyyətinin spektri xarakter etibarilə Günəşinkinə bənzəyir, yəni parlaq kəsilməz spektrin fonunda udulma xətlərindən ibarətdir. Lakin kəsilməz spektrdə enerjinin paylanmasına, spektrdə udulma xətlərinin sayı və intensivliyinə görə ulduzların spektrləri bir-birindən ciddi surətdə fərqlənir.
Ulduzların yaranması Ulduzun təkamülü onun ulduz beşiyi adlanan nəhəng molekulyar buludlarda yaranması ilə başlayır. Qalaktikada ulduzlararası fəzada 1sm3 0,1–1 molekul düşür. Molekulyar buludlar da isə sıxlıq 1 sm3 -da təxminən milyon molekula çatır. Belə buludun kütləsi 100 000–10 000 000 Günəş kütləsi qədər və ölçüsü 50–300 işıq ili tərtibində olur.
Molekulyar bulud qalaktikanın ətrafında sərbəst dolandığı müddətdə heç nə baş vermir. Lakin qravitasiya sahəsinin qeyri-bircinsliyi nəticəsində lokal maddə konsentrasiyasına səbəb olan həyacanlanmalar baş verirElmegreen, B. G.; Lada, C. J. (1977). "Sequential formation of subgroups in OB associations". Astrophysical Journal, Part 1. 214: 725–741. Bibcode:1977ApJ…214..725E. doi:10.1086/155302.Getman, K. V.; et al. (2012). "The Elephant Trunk Nebula and the Trumpler 37 cluster: contribution of triggered star formation to the total population of an H II region". Monthly Notices of the Royal Astronomical Society. 426 (4): 2917–2943. arXiv:1208.1471 . Bibcode:2012MNRAS.426.2917G. doi:10.1111/j.1365–2966.2012.21879.x.. Bu cür həyacanlanmalar molekulyar buludda qravitasiya kollapsına səbəb olur. Qravitasiya kollapsına səbəb olacaq fərziyyələrdən biri iki buludun toqquşmasıdır. Digərinə görə isə qravitasiya kollapsı molekulyar buludun qalaktikanın böyük sıxlıqlı spiral qolundan keçməsi zamanı baş verir. Həmçinin molekulyar buludun yaxınlığında partlayan ifratyeni ulduzun böyük sürətlə yayılan zərbə dalğası da qravitasiya kollapsına səbəb ola bilər. Bir sözlə bütün hallarda molekulyar buludda qeyri-bircinslik yarda biləcək bütün prosesler ulduzyaranma prosesinə təkan verə bilər. Yaranmış qeyri-bircinslik səbəbindən molekulyar buludun təzyiqi sıxılma qüvvəsinin qarşısını ala bilmir və nəticədə qaz kütləsi bir mərkəzdə toplanmağa başlayırKwok, Sun (2000). The origin and evolution of planetary nebulae. Cambridge astrophysics series. 33. Cambridge University Press. pp. 103–104. ISBN 0-521-62313-8..
Virial teoreminə əsasən qravitasiya enerjisinin yarısı buludun qızmasına, digər yarısı şüalanmaya sərf olunur. Qaz buludlarında sıxlıq və təzyiq mərkəzə doğru artır. Nəticədə mərkəzi hissənin kollapsı periferiyaya nisbətən daha tez baş verir. Sıxılma nəticəsində fotonların sərbəst qaçış məsafəsi azalır və bulud məxsusi şüalanması üçün qeyri- şəffaf olur. Bu isə öz növbəsində temperatur və təzyiqin daha sürətlə armasına səbəb olur. Sonra qravitasiya qüvvəsi ilə təzyiq qüvvəsi tarazlaşır və kütləsi ulduzun kütləsinin 1% -ni təşkil edən hidrostatik nüvə yaranır. Bu period müşahidə oluna bilmir, çünki qlobullar optik diapazonda qeyri-şəffafdırlar. Protoulduzun sonrakı təkamülü akresiyadır — nüvənin üzərinə maddə tökülür və onun ölçüləri böyüyür. Sonda buludda sərbəst hərəkət edən maddə tükənir və ulduz optik şüalarda görünən olur. Bu an protoulduz fazasının bitməsi və cavan ulduz fazasının başlanğıcı hesab olunur.
Bu senari molekulyar bulud firlanmadığı hal üçün doğrudur, lakin bütün hallarda bütün molekulyar buludlar kiçik də olsa fırlanma momentinə malik olur. İmpulsun saxlanması qanununa əsasən buludun ölçüsü kiçildikcə fırlanma sürəti artır və müəyyən anda maddə bir cisim kimi deyil laylara bölünərək, müstəqil kollapsa davam edirlər. Bu layların sayı və kütləsi molekulyar buludun başlanğıc kütləsindən asılıdır. Bu parametrlərdən asılı olaraq göy cisimlərinin müxtəlif sistemi formalaşır: ulduz topaları, qoşa sistemlər, planetə malik ulduzlar.
Ulduzların təkamülü Ulduzların daxilində istilik nüvə reaksiyaları gedir. Bunun hesabına ulduzun daxilindəki enerji kosmosa şüalanır və o işıq saçır. İstilik nüvə reaksiyaları zamanı ilk olaraq hidrogenin yanaraq hidrogenə çevrilməsi baş verir. Bu proses daha ağır elementlərə çevrilənə qədər davam edir. Məsələn, İfrat nəhəng ulduzların nüvəsində dəmir yaranana qədər davam edir. Ulduzlar, dumanlıq dediyimiz ulduz əmələgəlmə sahələrindən yaranırlar. Astronomlar müşahidədən ulduzların ölçüsünü, kütləsini, işıqlıqlarını, temperaturlarını, kimyəvi tərkibini və spektrlərini təyin edirlər. Ulduzların kütləsi onların təkamülündə mühüm rol oynayır. Onların temperatur və diametrləri isə mövcud olduqları müddətdə daim dəyişir. Ulduzların işıqlılıqlarının temperaturdan asılılığı Hersşprunq-Ressel diaqramı vasitəsilə təyin olunur. Həmçinin ulduzun bu diaqramdakı yeri onun yaşını və təkamülün hansı mərhələsində olduğunu təyin etməyə imkan verir.
Ulduzun həyatı qaz dumanlığındakı qravitasiya kollapsı ilə başlayır və əsasən hidrogen və heliumdan və cüzi miqdarda digər ağır elementlərdən ibarət olur. Nüvə kifayət qədər sıxlaşdığı anda istilik nüvə reaksiyasının başlanması üçün lazımi temperatur yaranır və hidrogen yanaraq heliuma çevrilir. Radiasiya və konveksiya proseslərinin hesabına ayrılan enerji ulduzun daha üst qatlarına ötürülür. Daxili təzyiq qüvvəsi ilə qravitasiya qüvvəsinin kollapsa səbəb olmasına mane olur. Kütləsi 0.4 Günəş kütləsindən böyük olan ulduzun hidrogen yanıb tükəndikdə radiusu genişlənərək və soyuyaraq qırmızı ifratnəhəngə çevrilir. Massiv kütləli ulduzlarda yanma prosesi ağır elementlərin yaranmasına kimi gedir və sonda dəmir nüvə yaranır. Ulduz təkamülünün sonunda kütləsindən asılı olaraq ağ cırtdana, neytron ulduzuna və ya qara dəliyə çevrilir.
Ulduzların uzaqlığını ölçmək üçün tətbiq olunan metod ilk dəfə 1838-ci ildə Bassel tərəfindən tapılmışdır. Səmadakı araşdırmalar, uzaqlıqların çox böyük olması üzündən qeyri-kafi qalmaqdadır. Dünyaya ən yaxın ulduzun işığının gəlməsi belə 4 il davam etməkdədir. Göy üzündə görünən bəzi ulduzlar hərəkət halındadır.
Ulduz ölçüsü Astrofizikada işıqlanmanın fiziki analoqu olaraq ulduz ölçüsü adlanan kəmiyyətdən istifadə edilir. Əlbəttə, ulduz ölçüsü termini obyektin həndəsi ölçüsünə aid deyildir. Ulduz ölçüsü ilk astrofotometrik anlayışdır. Belə ki, hələ Hipparx eramızdan əvvəl II yüzillikdə gözlə seçilən ulduzların işıqlanmalarına görə altı ulduz ölçüsünə ayırmışdır. O, qəbul etmişdir ki, ən parlaq (işıqlı) ulduzun ulduz ölçüsü 1, ən zəifinki isə 6-dır.https://web.archive.org/web/20080206074842/http://www.nso.edu/PR/answerbook/magnitude.html Parlaqlığın ulduz ölçüsü vasitəsilə qiymətləndirilməsinin fiziki, daha doğrusu fizioloji əsasları yalnız Hipparxdan iki min il sonra XIX yüzillikdə fizioloq Veber və psixoloq Fexner tərəfindən kəşf edilən bir qanuna əsasən öz izahını tapmışdır. Bu qanuna görə hər hansı qiciqlandırıcı təsirin hiss olunmasındakı dəyişiklik həmin qıcıqlandırıcı amilin nisbi dəyişməsi ilə düz mütənasibdir. Bu qanunu ulduz ölçüsü anlayışına tətbiq etsək, Kainat obyektinə qıcıqlandırıcı, qəbulediciyə (gözə, fotoemulsiyaya, fotoelementə və s).R.Ə.Hüseynov Ümumi astrofizika Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2010
Ulduzların spektral təsnifatı thumb|327x327px thumb|328x328px Adi gözlə müşahidədən görmək olur ki, ulduzlar rənglərinə görə bir-birindən fərqlənirlər. Ulduzlarin arasında qırmızı, sarı, ağ və mavi ulduzlara təsadüf edirik. Bu ulduzların spektrləri bir-birindən kəskin fərqlənir. Ulduzların spektrlərinin müxtəlifliyi onlarda fiziki şəraitin müxtəlifliyi ilə əlaqədardır. Burada əsas rolu ulduzun effektiv temperaturu oynayır. Birinci növbədə temperaturdan asılı olaraq bəzi kimyəvi elementlərin xətləri spektrdə zəifləyir, bəzilərininki isə güclənir. Ulduzların spektrində bəzi xətlər temperatura o qədər həssasdır ki, bu xətlərə görə ulduzların temperaturunu gözəyarıda qiymətləndirmək olur.
1885-ci ildən etibarən bütün göyü əhatə etməklə müntəzəm olaraq ulduz spektrləri toplanmışdır. 1918–24-cü illərdə ABŞ-nin Harvard universitetində Henri Dreper bu işin nəticələrini 9 cildlik ulduz kataloqunda nəşr etdirdi. Qısa olaraq bu kataloq HD adlanır və bu kataloqa 225 330 ulduzun xarakteristikaları və spektr sinfi verilmişdir. Bu təsnifata görə oxşar spektrə malik ulduzlar eyni sinfə aid edilir və siniflər latın əlifbasının hərfləri ilə aşağıdakı ardıcıllıqla ifadə olunur:
O, A, B, F, G, K, M
Bu ardıcıllıqla ulduzların effektiv temperaturu azalır. Hər bir sinif özü 10 altsinfə ayrılır. O sinfi O4 dən başlayır, O 9.5-də qurtarır. Sonrakı siniflər B0, B1, ……., B9 ardıcıllığı ilə düzülürlər. Burada bölgü elədir ki, məsələn, B9 altsinfinə aid ulduz A0 altsinfinə daha yaxındır və s.
Hazırda Harvard variantı bir qədər dəyişdirilmişdir və indi ardıcıllıq belədir :
O, A, B, F, G (C) , K (S), M
Burada C və S siniflərinə məxsus ulduzlar uyğun olaraq K və M siniflərinə məxsus ulduzlara bənzəyir. C sinfi K sinfindən onunla fərqlənir ki, C sinfinə məxsus ulduzların spektrində karbon molekulu ( C2) və sian (CN) birləşmələrinin udulma zolaqları vardır. Əgər bu ulduz atmosferinin kimyəvi tərkibindəki fərqlə əlaqədardırsa, onda deyə bilərik ki, C sinfinə məxsus ulduzlarda K sinfinə məxsus ulduzlara nisbətən karbonun miqdarı çoxdur. Odur ki, bu ulduzlara çoxkarbonlu ulduzlar da deyilir. S sinfinə məxsus ulduzlar M sinfinə məxsus ulduzlardan onunla fərqlənir ki, onların spektrlərində titan oksidi (TİO) əvəzinə nadir torpaq elementlərinin oksidləri, birinci növbədə sirkonium oksidin (ZrO) udulma zolaqları vardır.
Spektral təsnifatda əsas meyar udulma xətlərinin və zolaqlarının intensivliyidir. Bu isə hər şeydən əvvəl ulduzun effektiv temperaturundan asılıdır.
Ən soyuq ulduzların spektrləri (M,S) molekulyar zolaqlar və neytral metal atomları xətləri ilə zəngindir. Bu ulduzların kəsilməz spektrində infraqırmızı şüalanma güclüdür.
Temperaturun müəyyən qədər artması ilə molekullar dissosasiya edir və bunun nəticəsində spektrdə molekulyar zolaqlar demək olar ki, itir. Spektr neytral metal atomunun udulma xətləri ilə səciyyələnir (K sinfi). Belə ulduzlarda spektrin qırmızı oblastında kəsilməz şüalanma güclü olur.
Temperaturun sonrakı artımı ionlaşma potensialı kiçik olan metal atomlarının ionlaşmasına səbəb olur. Odur ki, spektr xeyli mürəkkəbləşir – həm neytral, həm də ionlaşmış metal xətləri ilə zəngin olur ( G sinfi). Bu ulduzlarda spektrin vizual hissəsində kəsilməz şüalanma güclüdür.
Temperatur daha böyük olanda spektrdə ionlaşmış metal atomlarının intensivliyi daha da böyükdür (F sinfi). Belə ulduzların kəsilməz spektrin uzun dalğalar tərəfdən fotoqrafik oblastında şüalanma güclü olur.