Taclı Bəyim və ya Şahbigə Sultan () — Şah İsmayıl Səfəvinin həyat yoldaşı,Tufan Gündüz, Son Kızılbaş Şah İsmail, Sayfa:108, 400 nolu dipnot Şah Təhmasibin anasıdır.
Həyatı Taclı bəyim ağqoyunluların əsas gücünü təşkil edən mosullu tayfasına mənsubdur,Tufan Gündüz, Son Kızılbaş Şah İsmail, 5. Baskı, Sayfa:132 onun əsl adı Şahbigə olmuşdur. Əksər mənbələrdə onun haqqında "Bigə xanım","Bigə bəyim" "Şah sultan" deyə bəhs edilir.Tufan Gündüz, Son Kızılbaş Şah İsmail, 5. Baskı, Sayfa:134 Taclı ona Şah İsmayılla izdivacdan sonra böyük hökmdarın verdiyi ad idi. Saray içində və yazışmalarda ona "Taclı sultan" deyə müraciət edilirdi
Salnaməçilərin qeyd etdiyinə görə, Taclı Sultan Şah İsmayılla evlənərkən cəmi 14–15 yaşında idi. Şah İsmayıl Xətainin dövləti ilə bağlı verdiyi qərarlarda onun təsiri böyük idi. Mötəbər mənbələrə görə, Taclı Bəyim mosullu tayfasından Həmzə Bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı idi.
Səfəvi tarixçisi Budaq Münşi Qəzvini qeyd edirdi ki,Şah İsmayılın Herata əmir təyin etdiyi Əmir xan Mosullu Baburla gizli əlaqəyə girdiyi üçün dövrünün ən nüfuzlu ,böyük din alimlərindən hesab olunan Məhəmməd Miryusifi mərkəzlə məsləhətləşməmiş edam etdirdiyi üçün Şah İsmayılın qəzəbinə tuş gəlmişdir. Lakin Taclı bəyimin səyi nəticəsində hökmdar onun canını bağışlamışdır. Bir çoxları bunu Əmir xan Mosullu ilə Taclı bəyimin qohumluq bağlarının olması ilə əlaqələndirsələr də bunun heç bir məntiqi əsası yoxdur. Çünki, eyni jestdən Ustaclı tayfasından olan Cahanşah da yararlanmışdı.
Taclı bəyim 1514-cü ildə Osmanlı-Səfəvi arasında baş vermiş Çaldıran döyüşündə iştirak etmişdir. Bu döyüşdə onun əsir düşməsi ilə bağlı söhbətlər də istər osmanlı,istər digər mənbələrdə mübahisəli olaraq qalır.
Səfəvi mənbələri Taclı Bəyimin əsir alınmadığını, döyüşdən sonra itdiyini iddia edirlər. Türkiyəli məşhur tarixçi Faruk Sümer Osmanlı mənbələrinin iddialarının doğru olmadığını bildirərək, Taclı Bəyimin döyüşdən qaçıb Xoy hakiminin evində gizləndiyini, buradan Təbrizə gəldiyini bildirir. 1524-cü ildə Şah vəfat etdikdən sonra dövləti idarə etməyə başlayan Taclı Sultan taxta oğlu Təhmasib mirzəni çıxardır. Özü isə ara çəkişmələrlə 1540-a qədər dövlət iqtidarını əlində saxlamağı bacarır .[http http://www.akademiktarihvedusunce.org/ Taçlı Begüm’ ün Hayatı hakkında Yeni Olgular, Akademik Tarih ve Düşünce Dergisi, Cilt:1/Sayı:4/Aralık/2014, Minahanım Tekleli, Feride Aliyeva]
İstinadlar
Kateqoriya:Səfəvilər Kateqoriya:Qadın siyasətçilər Kateqoriya:Səfəvi şahlarının xanımları Kateqoriya:Osmanlı sultanlarının xanımları Kateqoriya:Farslar