Kutaisi quberniyası (, ) — Çar Rusiyası dövründə Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi vahidi. Kutaisi quberniyası müasir Gürcüstanın qərb hissəsini əhatə edirdi. Quberniya mərkəzi Kutaisi şəhəri idi.

Tarixi 1846-ci il 14 dekabr tarixində Rusiya çarı I Nikolayın fərmanı ilə Gürcüstan-İmeretiya quberniyası ləğv edilmiş və onun əsasında Tiflis və Kutais quberniyaları yaradılmışdır.

1883-cü ildə Suxumi, Artvin və Batumi bölgələri quberniyaya birləşdirildi. XX əsrin əvvəllərində Suxumi bölgəsi Kutaisi quberniyası ərazisindən çıxarılaraq Suxumi quberniyası təsis edildi.

1917-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikası təsis edildikdən sonra ləğv edilmişdir. 1918-ci ildə Kutaisi quberniyası ərazisi Gürcüstan Demokratik Respublikası ərazisinə daxil edilmişdir.

Coğrafiyası Kutaisi quberniyası Qara dənizin cənub-şərq sahilində, Rioni və Çorox çaylarının hövzəsi boyunca, Qafqazın cənub-qərbində yerləşir.

İnzibati tərkibi Kutaisi quberniyası 7 rayon və 3 bölgədən ibarət idi: Artvin dairəsi Batumi dairəsi Suxumi dairəsi Zuqdidi qəzası Kutaisi qəzası Leçxumi qəzası Raçin qəzası Ozurqeti qəzası Senkas qəzası Şoropan qəzası

İdarəçiləri Hərbi qubernatorları Ad soyad Titulu Tarix Konstantin Yakovleviç Belyavski general-mayor 17 aprel 1847 - 1851 Aleksandr İvanoviç Qaqarin knyaz, general-mayor 1851-1853 İvan Konstantinoviç Baqration-Muxranski knyaz, general-mayor 1853-1856 Georgi Romanoviç Eristov knyaz, general-leytenant, general-qubernator 1856-1860 Nikolay Petroviç Kolyubakin general-leytenant 1860-1863 Dimitri İvanoviç Svyatopolk-Mirski knyaz, general-leytenant, general-qubernator 1863-1866 Vladimir Vasileviç Levaşov qraf, general-mayor 1867-1878

Qubernatorları Ad soyad Titul Tarix Nikolay Aqafonoviç İvanov polkovnik 1858-1861 Aleksandr Stefanoviç Aqolin Xalq Şurasının üzvü 1861-1866 Nikolay Yasonoviç Malafeev Xalq Şurasının üzvü 1866-1883

Hərbi qubernatorları

Ad soyad Titul Tarix Aleksey Mixailoviç Smekalov general-mayor 1 iyul 1883 - 11 fevral 1887 Aleksandr İqnasiyeviç Qrosman general-mayor 11 mart 1887 - 1 dekabr 1890 Mixail Yakovleviç Şalikov general-leytenant 22 dekabr 1890 - 30 may 1898 Fyodor Konstantinoviç Qerşelman general-mayor 19 iyul 1898 - 21 aprel 1901 Aleksey Alekseyeviç Smaqin polkovnik 20 oktyabr 1901 - 1 may 1905 Adam İvanoniç Slavaçinski general-mayor 28 noyabr 1907 - 1914 Lev Vladimiroviç Potulov Xalq Şurası üzvü 28 noyabr 1907 - 1914 Aleksandr Vasilyeviç Qudoviç qraf 1914 - 1916

Həmçinin bax Gürcüstan-İmeretiya quberniyası Tiflis quberniyası Bəqli (Beqli)

İstinadlar

Kateqoriya:Kutaisi quberniyası