Yekaterina Aleksandrovna Teleşeva (; 1805–1857)—rus balerinası.
Həyatı Yekaterina Aleksandrovna Teleşeva 1805-ci ildə anadan olmuşdu. Müflisləşən zadəgan ailəsindəndir. Peterburq Teatr məktəbinə daxil olmuşdu. Hələ bu məktəbin tələbəsi olarkən Şarl Didlonun 1820-ci ildə səhnəyə qoyulan "Zefir və Flora" adlı əsərində oynamışdı. Məktəbi bitirəndən sonra Sankt-Peterburq Böyük Teatrında solist kimi çalışmağa başlamışdı.
Yekaterina Teleşeva 1842-ci ildə teatrla vidalaşdı.
Yekaterina Teleşeva 1857-ci ildə vəfat edib. Kateqoriya:Novodeviçye qəbiristanlığında dəfn olunanlar (Sankt-Peterburq)