Mayk Braun (; ) — Erida və bir sıra Neptunxarici cisimi kəşf edən ABŞ-lı astronom.

Həyatı Mayk Braun 2003-cü ildən Kaliforniya Texnologiya İnstitutunda planetlərlə bağlı sahədə professor kimi fəaliyyət göstərir. Komandası ilə birlikdə Erida kimi Neptunxarici cisimlər kəşf etmişdir. Özünü "Plutonu öldürən insan" kimi qəbul edir, çünki Erida kimi Plutondan böyük Neptunxarici cisimləri kəşf etdikdən sonra, Pluton cırtdan planetlər sırasına daxil edilmişdir. 2010-cu ildə "Plutonu kim öldürdü?" adlı kitabı dərc olunmuşdur.

Gənclik illəri və təhsili Mayk Braun ABŞ-nin Alabama ştatının Hantsvill şəhərində anadan olmuşdur. Bu şəhərdə yerləşən Virgil Qrissom məktəbinin məzunudur. Prinston Universitetində fizika təhsili almışdır. Prinston Şəhər klubunun üzvüdür. Berkli Kaliforniya Universitetində tədqiqatlarda iştirak etdi və burada astronomiya ilə bağlı magistr dərəcəsini qazandı. Doktorluq dərəcəsini də astronomiya sahəsində tamamlamışdır.

Əsərləri “Mən Plutonu necə öldürdüm və nə üçün bu qaçınılmaz idi”

Kəşfləri Mayk Braun Günəş ətrafında hərəkət edən uzaq cisimlərlə bağlı yazdığı məqalələri ilə tanınır. Komandası ilə birlikdə bir çox Neptunxarici cisim kəşf etmişdir. Bunlardan ən önəmliləri Erida və onun peyki olan Disnomiyadır. Mayk Braun həmkarı Konstantin Bariginlə birlikdə Koyper qurşağındakı cisimlərin hərəkətlərini müşahidə edərək kəşf edilməmiş Doqquzuncu Planetin olması fərziyyəsini ortaya atmışdılar.

Həmçinin bax Erida Disnomiya Neptunxarici cisim Koyper qurşağı Doqquzuncu Planet

İstinadlar

Xarici keçidlər Brown's homepage Michael E. Brown at the Internet Movie Database Mike Brown's planets Brown's blog Brown's Talk on How I Killed Pluto and Why It Had It Coming Part of the Silicon Valley Astronomy Lecture Series Works by or about Michael E. Brown in libraries

Kateqoriya:Alabamada doğulanlar Kateqoriya:Planetoloqlar Kateqoriya:Asteroid kəşf edənlər Kateqoriya:ABŞ astronomları