Cabbarov Yunis Hüseyn oğlu () — Sosialist Əməyi Qəhrəmanı (10.03.1948)Azərbaycan Sovet Ensiklopediyası. 10-cu cild

Həyatı Yunis Cabbarov 1916-ci ildə Naxçıvan Muxtar Respublikasının (keçmiş Naxçıvan MSSR) Şərur rayonunun Dərvişlər kəndində anadan olmuşdur. Orta təhsilini Dərvişlər kənd orta məktəbində bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olmuş və 1940-cı ildə İnstitutu fərqlənmə ilə başa vurmuşdur. 1943–1952-ci illərdə Ağsu ZDS İcrayyə Komitəsində şöbə müdiri və daha sonra Naxçıvan MSSR Kənd Təsərrüfatı Naziri vəzifəsində işləmişdir. Nazir vəzifəsində işlədiyi illərdə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuş və taxılçılığın inkişafına öz töhfələrini vermişdir. 1953-cü ildə Moskva şəhərində vəfat etmiş və Naxçıvan Muxtar Respublikasına gətirilərək Naxçıvan şəhərində dəfn edilmişdir.

Mükafatları Taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olduğu üçün 10 mart 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eləcə də Böyük Vətən Müharibəsində iştrakı ilə bağlı müxtəlif orden və medallarla təltif edilmişdir.

Xatirəsi Naxçıvan Muxtar Respublikası Babək rayonunda Yunis Cabbarovun adına sovxoz fəaliyyət göstərmişdir. Bununla yanaşı adının əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində Yunis Cabbarov adına küçə verilmişdir.Natiq Qurbanov. Azərbaycan kənd təsərrüfatının iqtisadi inkişaf tarixi

İstinadlar

Kateqoriya:Naxçıvan MSSR kənd təsərrüfatı nazirləri