Hacı Mustafaqulu xan Əlirza xan oğlu Əmirsüleymani () — İran siyasətçisi.
Həyatı Mustafaqulu xan Əlirza xan oğlu Əmirsüleymani 1882-ci ildə Tehran şəhərində doğulmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Fars ədəbiyyatını və fəlsəfəni öyrənmişdi. Müşirəssəltənə ləqəbini daşıyırdı.
Mustafaqulu xan Əmirsüleymani Məşrutə hərəkatından sonra Sultan Əhməd şah Qacarın sarayında çalışmışdı.
Mustafaqulu xan Əmirsüleymani İran Milli məclisinə nümayəndə seçilmişdi.
Ailəsi Əmir Mustafaqulu xan Gözəl Səltənə xanım (Banu Əqdəs xanım) Kamrani ilə ailə qurmuşdu. Əmir xan, Əliəkbər xan, Əlirza xan adlı oğulları vardı.
Mənbə
Ənvər Çingizoğlu, Musa xan Qacarın törəməsi, "Soy" elmi-kütləvi dərgi, 2007, № 2, səh.29–33.
Həmçinin bax Qacarlar Sultan Əhməd şah Qacar Əlirza xan Qovanlı-Qacar Əmirsüleymanilər
Kateqoriya:Əmirsüleymanilər Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:İran parlamentinin üzvləri