Benqal () — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış komiks personajı.
Nəşr olunma tarixi Personaj Fabian Nikiyeza və Ron Lim tərəfindən yaradılmış və ilk dəfə "Daredevil" komiksinin 1988-ci ilin sentyabrından nəşr olunmuş 258-ci sayında peyda olmuşdur.
Bioqrafiya thumbnail|"Daredevil" komiksinin 258-ci sayı.|left Əsl adı Duk No Trandır. Vyetnam müharibəsi dövründə bir Vyetnam kəndində böyümüşdür. Müharibə zamanı Qırmızı qurd, Ulli Linkoln və Maykl Ceyns də daxil olmaqla kəndində qətliam törətmişlər. Duk amerikalıların vertolyotuna dırmaşmağa çalışmış, amma digər əsgərlərin etirazlarına baxmayaraq Ceyns tərəfindən təpiklə uzaqlaşdırılmışdır.
İllər sonra böyüyən Duk Benqal adını alaraq ABŞ-yə gedir və kəndində qətliam törədmiş əsgərlərdən intiqam almaq istəyir. Ulli Linkoln Daredevilin qorumasına sığınır, Daredevil Benqalı məğlub edir.Daredevil #258
Benqal daha sonra ata Maykl Ceynsə hücum edir. Tezliklə Ceynsə görə Siluetlə və digər Yeni döyüşçülərlə döyüşür. Benqal həmçinin ilk dəfə Gecə cəzalandırıcısı ilə döyüşməli olur.New Warriors #7 Onun mənşəyi ətraflı şəkildə başa salınırNew Warriors #8 və Gecə cəzalandırıcısı ilə döyüşü Cəzalandırıcının müdaxiləsi ilə başa çatır. Benqal Yeni döyüşçülərlə dostlaşır və Ceynslə barışır.New Warriors #9
Buna baxmayaraq, Benqal Vyetnam müharibəsindəki vəhşiliyə görə hələ də intiqam almağa ehtiyacı olduğunu hiss edir. O, Gecə cəzalandırıcısının tanışı olan Qay No Donun Vyetnam müharibəsində minlərlə günahsızın ölümündə məsuliyyət daşıyan general Li Pan olduğuna inanır. Benqal Qaya çatmaq üçün cangüdənlərlə döyüşür. O, Qayın pulla aldığı Gecə cəzalandırıcısı və Siluetlə qarşılaşır. O, Benqala Qayın Li Pan olmadığını deyir. Benqal pəncərədən tullanıb qaçır. Sonra Benqal Yeni döyüşçülərin uzun müddətdir ki, düşməni olan Zəhərli xatirələr dəstəsinə hücum edir. O inanır ki, dəstənin Li Pan haqqında məlumatı var. Gecə cəzalandırıcısı yenə Benqalla döyüşür.Night Thrasher: Four Control #1
Vətəndaş müharibəsi/Təşəbbüs Benqal Vətəndaş müharibəsi dövründə Təşəbbüs layihəsi dəstəkləyən 142 super qəhrəmandan biri olub.Avengers: The Initiative #1. Onun avtobusla Stemfordun qalıqları üzərində tikilmiş Hemmond düşərgəsinə (super qəhrəmanlar üçün məşq kompleksi) getdiyi görülmüşdür. Avtobusda onunla birlikdə bu düşərgəyə gedənlərdən biri də Yeni döyüşçülərin sağ qalmış üzvü Hiddət idi. Digər sərnişinlər içərisində Tor-qız, Komodo, Slepstik və Bulud 9 da vardı.
Məşqin bir hissəsi kimi Benqal Şeylə döyüşmüşdür və uğur qazanmışdır.
Benqal Təşəbbüsün Henri Peter Qirix tərəfindən yaradılmış altkomandalarınından birinin lideridir.Avengers: The Initiative #4 Tezliklə, Halk kosmosun dərinliklərindən qayıdır və Yerin bir çox super qəhrəmanı ilə döyüşə girişir. Hemmond düşərgəsinin yeni əsgərlərindən bir neçəsi yaxalanır və Medison meydanı bağında əsir saxlanılır. Benqal, Əzələ, Mutant Zero və digərləri əsirləri xilas edirlər.<ref>Avengers: The Initiative #4 & #5</ref>
Kölgə Təşəbbüs KIA ilə döyüşəndə Benqalın yaxın dostu Əzələ yaralanır, Benqal onu xilas etmək ümidi ilə döyüş meydanından uzaqlaşdırır.Avengers: The Initiative #10Gizli işğal dövründə Benqal skrulların Hemmond düşərgəsini ələ keçirdiklərini kəşf edir. Əvvəlcə o uşaqların və Hemmond düşərgəsi xidmətçilərinin təhlükəsizliyini təmin edir, onları sığınacağa yerləşdirir. Daha sonra isə Kölgə Təşəbbüsün digər üzvlərini skrullarla döyüşməyə çağırır. Onlar Qarışqa-adamı tapıb komandaya cəlb edirlər, skrulların başçısı Kraliça Verankeni öldürməyi qərara alırlar. Amma cəhdləri uğursuzluqla yekunlaşır və əsir düşürlər.Avengers: the Initiative #17 İşğal qüvvələri məğlub edildikdən sonra azad olurlar.Avengers: the Initiative #21Mühasirə hekayəsi zamanı Tövbə keçikçilərdən yayınır, Benqalı, Yarasaqanadı və Batterbolu Müqavimət Qisasçılarına kömək etməyə inandırır.Avengers: The Initiative #34 Osbornun rejimi düşdükdən sonra Benqal ailəsi ilə Bruklinə köçür və orada döyüş sənətləri üzrə idman zalı açır. Bütün intervyulardan imtina edir.Avengers: The Initiative #35
Gücləri və silahları Benqal döyüş sənətləri üzrə ustadır və əla atletdir. O, həmçinin əla akrobat, izçi və oxatandır. Döyüş zamanı əsasən ox və kamandan və ya şurikenlərdən istifadə edir. Amma ən sevdiyi silahlar bir cüt say və düyməyə basmaqla açılıb-bağlanan bıçaqlardır. Benqalın qeyri-adi iybilmə qabiliyyəti var: insanları iyilərinə görə izləyə bilər.
Digər mediada
Video oyunlar Benqal "Lego Marvel's Avengers"'' video oyununda peyda olmuşdur.
İstinadlar
Xarici keçidlər Marvel Verilənlər Bazasında Benqal məqaləsi
Kateqoriya:Marvel Comics superqəhrəmanları Kateqoriya:1988-ci ildə tanıdılan komiks personajları Kateqoriya:Marvel Comics supercinayətkarları Kateqoriya:Uydurma oxçular Kateqoriya:Marvel Comics əlbəyaxa döyüşçüləri