Corc Vestinqauz () — dəmir yolu hava tormozunu ixtira edən amerikalı sahibkar və mühəndis. Elektrotexnika sənayesinin təşəbbüsçülərindən biri olan Vestinqauz ilk patentini 22 yaşında qazanıb. Karyerasının böyük bir hissəsini Pensilvaniya ştatının Pittsburq şəhərində keçirən Vestinqauz Amerika elektrik enerji sisteminin həyata keçirildiyi ilk vaxtlarda Tomas Edisonun əsas rəqiblərindən biri idi. Vestinqauzun dəyişən cərəyana əsaslanan elektrik enerji bölgüsü sistemi Edisonun sabit cərəyan üzərində təkidliyinə baxmayaraq, nəticə etibarilə üstünlük təşkil edib. O, 1911-ci ildə "dəyişən cərəyan sisteminin inkişafı ilə bağlı qüsursuz nailiyyətlərinə görə" Amerika Elektrik Mühəndisləri İnstitutunun Edison medalı ilə təltif olunub.
İstinadlar
Kateqoriya:ABŞ mühəndisləri Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:Edison medalı ilə təltif olunanlar Kateqoriya:Şirkət təsisçiləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ iş adamları